Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Azərbaycanın haqlı mübarizəsində sonadək yanındayıq" - Hulusi Akar

5-01-2021, 14:20 46 dəfə baxılıb

"Azərbaycanın haqlı mübarizəsində sonadək yanındayıq" - Hulusi Akar










Şanlı türk ordusu yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan nümunə alaraq dost, qardaş ölkələrin rifahı və təhlükəsizliyi üçün mübarizə aparır.

DogruXeber.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini anma günü ilə əlaqədar açıqlamasında deyib.

O bildirib ki, Türkiyə BMT, NATO, ATƏT, eləcə də ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox ölkədə sülhə töhfə vermək üçün böyük səy göstərir.

Nazir Sarıqamış şəhidlərinin anım günündə Azərbaycanla münasibətdə istifadə edilən "bir millət, iki dövlət" ifadəsinin xüsusi önəmini vurğulayıb:

"Qardaş Azərbaycan xalqının Nargin adasında zorla saxlanılan əsgərlərimizə etdiyi yardımları da minnət və şükranla anırıq. Biz də qardaşlarımızın haqlı mübarizələrində sonadək bütün imkanlarımızla yanındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bərabərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram