Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

 “Kamilin əsgərləri sıraya düzməsinin heç bir əsası yoxdur” – Müdafiə Nazirliyi

 “Kamilin əsgərləri sıraya düzməsinin heç bir əsası yoxdur” – Müdafiə Nazirliyi
5-01-2021, 19:36 85 dəfə baxılıb

 “Kamilin əsgərləri sıraya düzməsinin heç bir əsası yoxdur” – Müdafiə Nazirliyi










Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.
Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi bildirib ki, Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası yoxdur.
Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heş kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.
Xatırladaq ki, son günlər K.Zeynallı həm də Azərbaycan əsgərini sıraya düzərək müxalifətçi liderlərdən olan Tofiq Yaqublunun da ünvanına təhqiramiz ifadələr işlədib.
Əlbəttə, belə olan təqdirdə Kamil Zeynallının “Facebook” profilindən götürərək təqdim etdiyimiz videgörüntülərin necə ərsəyə gəldiyi, harda və hansı əsasla çəkildiyi barədə suallar açıq qalır.aktualxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram