Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda ənənəvi dərslər BU AYDAN bərpa EDİLƏ BİLƏR- AÇIQLAMA

Azərbaycanda ənənəvi dərslər BU AYDAN bərpa EDİLƏ BİLƏR- AÇIQLAMA
6-01-2021, 10:21 56 dəfə baxılıb

Azərbaycanda ənənəvi dərslər BU AYDAN bərpa EDİLƏ BİLƏR- AÇIQLAMA










Məlumdur ki, ölkədəki koronavirus infeksiyasına görə ibtidai, orta, ali təhsil onlayn rejimdə fəaliyyətini davam etdirir. Artıq təhsil ilinin birinci yarımilini başa vurmuşuq.
Azərbaycanda vaksinləşmə yanvar ayında aparılacaq. Bunu nəzərə alsaq, məktəblərin ənənəvi formaya keçməsi müzakirə mövzusudur.

Bununla bağlı Sonxeber.az-a deputat Muşfiq Məmmədli danışıb:

"Biz yavaş-yavaş müsbət dinamikanı əldə edirik. Bunlar sərt karantin tədbirlərinın müsbət nəticəsidir. Əgər müəyyən qədər arxayınlaşsaq, bəzi probemlərə çox ciddi yanaşmasaq, yenidən virusun artımı ilə qarşı-qarşıya qala bilərik. Yanvar ayının ortalarından başlayaraq peyvəndin tətbiqi istiqamətində addımlar atılacaq. Bunun üçün müəyyən zamana ehtiyac var. Qısa müddət ərzində həm risk qrupunda olan əhalinin bir hissəsi, o cümlədən də tibb işçiləri ilkin vaksinasiya tədbirləri çərçivəsində proseslərə cəlb ediləcəklər.

Vaksinasiyanın əhatə etdiyi çərçivədə artıq biz immunitetin formalaşmasını müşahidə edəcəyik. Bundan sonra yumşaldılma tədbirləri və bunun fonunda tədrisin də müəyyən formalara keçirilməsi mümkündür. Bilirsiniz, Avropada virusa yoluxmada artım var. Mutasiyaya uğramış virusun kütləvi şəkildə yoluxmanı artırması riskləri də var. Biz vaksinasiyanı apardıqdan sonra bu barədə qərar qəbul edə bilərik. Hələki vaksinasiya prosesini gözləyirik.

Vaksinasiyanın intensivliyini nəzərə alsaq,təxminən sözügedən prosesdən sonrakı bir ay ərzində, yəni vaksinləşmədən sonrakı mərhələdə fikir demək olar. Burada vaksinin çatdırılması, təşkili və s. məsələlər var ki, buna zaman lazımdır. Növbəti bir ayda, yəni fevral ayında gedən prosesləri analiz edib, qərar qəbul etmək olar".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram