Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı

Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı
6-01-2021, 10:45 52 dəfə baxılıb

Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı










Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

DogruXeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 23 noyabr 2020-ci il tarixindən etibarən aparılan əməliyyatlar zamanı sülhməramlı qüvvələrin mühəndis bölmələri 427 hektar ərazi, 160,8 km yol, 22 sosial əhəmiyyətli obyekt və 617 yaşayış binasını partlayıcı obyektlərdən təmizləyib.

Bu çərçivədə 19,6 mindən çox partlamamış hərbi sursat aşkarlanıb.

Xankəndi şəhəri və kənar ərazilərinin minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlılar iş apararkən hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir "Uran-6" robot sistemlərindən istifadə edib.

Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursat partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir./Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram