Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda işıqpulu ARTACAQ

Azərbaycanda işıqpulu ARTACAQ
6-01-2021, 11:36 52 dəfə baxılıb

Azərbaycanda işıqpulu ARTACAQ










Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Azərbaycanda əlaqəli sahələrdə məhsulların qiymətində artım müzakirə mövzusudur.

Bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

"Qeyd edim ki, hazırda bütün diqqət Aİ-92 və dizel yanacağına yönəlib, amma məsələ burasındadır ki, xam neftin də satış qiyməti artırılıb. Bu gün Azərbaycanda enerji əsasən xam neftin ayrılmasından, yəni ondan ayrılan mazut hesabına alınır. Deməli, bu, enerjinin də qiymətinə təsir edəcək.

Ölkədə elektrik enerjisi istehsalında əsasən xam neftdən alınan mazutdan istifadə edilir. Mazut yandırılır və elektrik enerjisi alınır. Belə çıxır ki, bir neçə aya Azərenerji də təkliflə müraciət edəcək ki, elektik enetrjisinin qiymətlərini qaldırsınlar.

Qiymət artımı elə bir addımdır ki, şaxəli şəkildə bütün iqtisadiyyatın sahələrini əhatə edəcək. Yəqin ki, hər kilovata 5-6 qəpik artım ola bilər".[center][/center]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram