Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib

Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib
6-01-2021, 18:55 81 dəfə baxılıb

Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib











Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən Müharibəsində hər iki gözünü itirən qazini 4 saat gözlətdikdən sonra qəbul etməyib.

Mubahise.az xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev məlumat paylaşıb.
Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib








O bildirib ki, əslən Beyləqandan olan, Xırdalanda kirayədə qalan və Füzuli döyüşlərində hər iki gözünü itirmiş Allahverdiyev Vasif Bayram oğlunun ailəsinə baş çəkib: “Qazi Vasif Allahverdiyev dedi ki, əvvəl Binəqədi rayonunda kirayədə qalırmış, mənzil problemini həll etmək məqsədi ilə xəstəxanadan buraxıldıqdan sonra Binəqədi rayon icra hakimiyyətinə gediblər.

İcra başçısı ilə görüşmək istəyiblər. 3-4 saat gözləyiblər. Başçı deyiblər yoxdur, bəlkə səni müavin qəbul edər. Müavini də gözləyib - gözləyib, müavin başqa adamları qəbul edib buna heç cür sıra çatmayıb.

Vasif deyir ki, "hirsimdən oturduğum stulu vurub sındırmaq istəyirdim. Şərt deyildi ki o mənə ev versin, amma necə oldu ki qanacağı çatmadı məni bir qəbul eləsin, dərdimi dinləsin".

Qeyd edək ki, gizir Vasif Allahverdiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram