“Dəqiq bilirəm ki, fond və PA-da müəyyən şöbələr jurnalistləri izləyirdi...”









Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Buna əsasən, KİVDF-nini bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, qurumda hələlik ancaq ad və rəhbər dəyişib:

“Başqa yenilik yoxdur. Orada bir məqam diqqətimi çəkdi. Onlara səlahiyyət verilir ki, mediada gedən administrativ pozuntularla bağlı tədbirlər görsünlər. Müəyyən orqanların qarşısında məsələ qaldırsınlar. Bu yenilik ziddiyyət təşkil edir. Əgər söhbət azad mətbuatın inkişafından gedirsə, həmin o qurum belə işlərlə məşğul olmamalıdır. Bizdə qanunlar var, kimin nə şikayəti varsa, məsələ qaldıra, problemə son olaraq məhkəmədə baxıla bilər. İctimai qınaq Mətbuat Şurasının işidir. Ancaq Mətbuat Şurası hakimiyyətdən asılı vəziyyətdədir. Ona görə də o funksiyanı yerinə yetirə bilmir”.

M. Əliyev qeyd edib ki, indiki məqamda yeni yaranan quruma belə səlahiyyətlərin verilməsi düzgün deyil:

“Bu özlüyündə bir şübhə yaradır ki, agentlik fondun funksiyasını daşıyacaq. Mən onu dəqiq bilirəm ki, qeyri-rəsmi olaraq həmin o fond və Prezident Administrasiyasında müəyyən şöbələr jurnalistləri, onların yazılarını izləyirdilər. Bu yolla onlara təzyiq edirdilər. Redaksiya onlara yardım üçün müraciət edəndə, “Siz filankəsləri tənqid etmisiz, buna görə də biz sizə yardım etməyəcəyik”,-deyirdilər. Yəni bizim bu fond indiyədək azad mətbuatın sıradan çıxarılması, jurnalistlərin və redaksiyaların ələ alınması ilə məşğul olub. Nəticədə mətbuatda ciddi bir irəliləyiş olmadı. Əgər indi bu təkrar olunursa, Azərbayca mətbuatını geriyə aparan bir addım olacaq”.

Həmsöhbətimiz vurğulayıb ki, hazırda medianın azad olması üçün lazımi addımlar atılmalıdır:

“Bizdə çox normal qanun vardı. Vaxtilə medianın fəaliyyətini məhdudlaşdırmaq üçün çoxlu dəyişikliklər edilib. İndi isə medianın sağlamlaşdırılması üçün qanunda dəyişikliklər olmalıdır. Real addımlar nəticəsində biz bunu görməliyik ki, hakimiyyət Azərbaycanda məsuliyyətli, keyfiyyətli, etibarlı medianın yaradılmasında maraqlıdır və bunu edir. Bəli, bəyanatlar səsləndirirlər ki, media tam azaddır. Amma reallıqdan danışmaq lazımdır. Bunun üçün bütün normativ aktlarda dəyişiklik baş verməlidir. Biz bunları hələ ki görməmişik. Qurum fəaliyyət göstərsin, yaxın gələcəkdə nə olacağını görək”.


Oxunub: 473

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər