Nigar Aslanova “Davam” Gənclər Hərəkatına baş katib təyin olundu

Nigar Aslanova “Davam” Gənclər Hərəkatına baş katib təyin olundu









“Davam” Gənclər Hərəkatının sədrinin müvafiq əmri ilə Nigar Aslanova hərəkatın katibliyinə rəhbər – baş katib təyin edilib və katibliyin formalaşdırılması işi ona həvalə edilib.


Sfera.az bildirir ki, Nigar Aslanova 19 avqust 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nizami rayonu Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə, ali təhsilini isə 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsində ingilis dili filologiyası ixtisası üzrə alıb.
N.Aslanova ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini olaraq başlayıb. Universitet illərində “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun artırılması” Beynəlxalq Forumu, IV Dünya Gənclərinin Məşğulluq Sammiti və Azərbaycan Qılıncoynatma Federasiyasının ev sahibliyi etdiyi yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatında könüllü korpusuna rəhbərlik edib.


Avropa Parlamentində təmsil olunan bütün siyasi partiya qruplarının katibliklərinin iştirak etdiyi Avropa Parlamenti Əhali və İnkişaf Forumunda Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi olub. 2012-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb. 2015-2019-cu illərdə YAP Nəsimi rayon Gənclər Birliyinin sədr müavini olub. 10 oktyabr 2013-cü il Prezident seçkiləri, 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri, 1 noyabr 2015-ci il Milli Məclisə seçkilər, 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsi və 9 fevral 2020-ci il Milli Məclisə seçkilər prosesində beynəlxalq müşahidəçilərin müşahidə missiyasının təşkilində aktiv rol alıb.
2017-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2018-2019-cu il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il noyabr-dekabr aylarında “Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsində direktor vəzifəsini müvəqqəti icra edib.N. Aslanova Türkiyə, Rusiya, Misir, İtaliya, Macarıstan, Hindistan, Moldova, Rumıniya və Malta kimi dünyanın müxtəlif ölkələrində sosial layihələrdə iştirak edib.

Tarix:13-01-2021, 17:24 Baxış Sayı:73 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Eyyub Yaqubova ağır itki
"Tənqid edir, sonra da deyirsiniz, öz işidir"
“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” - İTTİHAM
Çavuşoğlu Qarabağda Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib - MÜHÜM
 “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
Lavrov və Cavad Zərif Dağlıq Qarabağı müzakirə edəcəklər
“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar
Əhməd İsmayılov mediada tətbiq olunacaq yeniliklərdən danışdı - MÜSAHİBƏ
"Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident İlham Əliyev
Deputat və icra başçısı Naftalanda şəhid məzarlarını ziyarət etdi - Fotolar
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
“Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
İ.Gülməmmədova Sarayda sakinlərlə görüşdü
İrəvandan “atı arabanın arxasına” bağlamaq təklifləri - Manukyanın “sehrli çubuğu” var?
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Çində aktiv koronavirus xəstələrinin sayı 1000-i ötdü
Neftin ucuzlaşması davam edir
Hadisə: "Tək qaldım, 4 həftə öskürdüm"
KXDR sualtı ballistik raketini təqdim edib
Ərdoğan koronavirusa qarşı peyvənd edilib - FOTO
Dişlərin üzərində ərp infarktdan xəbər verə bilər - ALİMLƏR
Azərbaycan, Türkiyə və Pakistan arasında strateji sahələrdə əməkdaşlıq genişləndirilir
Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR
XİN Ceyhun Bayramovun pakistanlı həmkarı ilə görüşünə dair məlumat yaydı
Meriyadan milyonlar talayan məmur
Bu ilki qəbul imtahanları ilə bağlı Məleykə Abbaszadədən AÇIQLAMA
Gündəm Siyasət İqtisadiyyat Sosial Müsahibə Dünya Hadisə Bölgə Mədəniyyət Səhiyyə Təhsil Fakt İdman Şou Video Vüqar Səfərli həbs edildi - RƏSMİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla