"Laçın dəhlizində bizim sərhədçilərimiz və gömrükçülərimiz olmalıdır ki... - əraziyə hansı şəxslərin və yüklərin gəldiyini bilək"









Məlum olduğu kimi, yanvarın 11-də Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü nəticəsində qəbul olunan sənəd əsas etibarilə kommunikasiya xətlərinin və iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur. Hazırda bu görüşün nəticələri hər iki ölkədə ən çox müzakirə olunan mövzudur.

“AzPolitika.info” bu aktual mövzuyla bağlı Milli Məclisin deputatı Vahid Əhmədovun fikirlərini öyrənib:

- Vahid müəllim, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Əvvəla, nəzərə almaq lazımdır ki, bu mövzuya dair istənilən görüş böyük əhəmiyyət kəsb edir. 10 noyabrda müharibə dayandı və bunun üzərindən iki ay keçəndən sonra müəyyən məsələlərin Azərbaycan, Rusiya və Ermənistan tərəfindən müzakirəsinə ehtiyac hiss olunurdu. Odur ki, Moskva görüşünün əhəmiyyətini yüksək qiymətləndirmək doğru olardı.

Mən bir məqama duqqət çəkmək istərdim. Moskva görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, əsirlərlə bağlı məsələ həll edilmədi, o cümlədən Dağlıq Qarabağın statusu ilə bağlı məqam da öz həllini tapmadı. Paşinyan anlamalıdır ki, bu məsələlər heç vaxt həllini tapmayacaq. Söhbət hərbi əsirlərdən getmir. Hərbi əsirlərlə bağlı məsələdə Azərbaycan humanist davranış nümayiş etdirir və Qırmızı Xaç Komitəsinin vasitəsilə onlar dəyişdirilir. Amma atəşkəsdən sonra Azərbaycan ərazisində silahlı terrorçular ələ keçirilib. Onların sayı altmış nəfərdən çoxdur. Cənab prezident də doğru qərar verərək bildirib ki, əgər atəşkəsə əməl edilirsə, bu silahlı terrorçular Azərbaycan ərazisində nə gəzir? Odur ki, bu terrorçular məhkəmə qarşısına çıxarılmalıdır. Məhz bu səbəbdən də cənab prezident Moskva görüşündə ermənilərin “hərbi əsir” kimi təqdim etdiyi terrorçularla bağlı məsələdə qəti mövqe nümayiş etdirdi.

İkincisi, Paşinyan Dağlıq Qarabağın statusu məsələsinə toxundu və sözsüz ki, bu, onu narahat edən məsələdir. Ancaq dövlət başçımız tərəfindən bir neçə dəfə səsləndirilib ki, status məsələsindən söhbət gedə bilməz, status olmayacaq. Məncə, bunu anlamaq lazımdır. Və cənab prezidentin mövqeyi bu məsələdə net və açıqdır.

Azərbaycan prezidenti də Moskva görüşü ilə bağlı keçirilən mətbuat konfransında ümumi məsələlərdən danışdı. Nəqliyyat dəhlizlərinin açılmasından, iqtisadi əlaqələrdən bəhs etdi. Bizi maraqlandıran məsələ sözsüz ki, Naxçıvana dəhlizin açılmasdır. Bu dəhliz bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu, təkcə bizim üçün deyil, elə Türkiyə, Rusiya, İran və digər qonşu dövlətlər üçün də böyük əhəmiyyətə malik dəhlizdir. Bu dəhlizin inşasına qısa müddətdə başlanılacaq və ehtimal edirəm ki, maraqlı tərəflər onun bu ilin sonuna qədər istifadəyə verilməsini arzu edirlər.

Qeyd edim ki, dəmir yolunun çəkilməsi məsələsi də var və cənab prezident bununla bağlı göstəriş verib. Bu istiqamətdə iş gedir, müəyyən layihələr hazırlanır.

- Ancaq Laçın dəhlizi ilə bağlı məsələnin üzərindən ruslar sanki sükutla keçir...

- Bəli, mən bu məsələyə gələcəkdim. Bu məsələ qaldırılıb və müzakirə edilib. Çünki Laçın dəhlizi ilə Ermənistandan Xankəndiyə müəyyən yüklər gətirilir. Oradan gələn insanlar da ancaq Rusiya sülhməramlı kontingenti tərəfindən yoxlanılır.

Orada bizim sərhədçilərimiz və gömrükçülərimiz olmalıdır ki, əraziyə hansı şəxslərin və yüklərin gəldiyini bilək. Daha Hadrut istiqamətində altmışdan çox silahlı terrorçunu tutmağımıza bənzər hadisəylə qarşılaşmayaq və sabah da Xankəndi və ətraf ərazilərdə belə silahlı terrorçular peyda olmasın. Belə şəxslər ancaq Ermənistan ərazisindən gələ bilərlər. Bu da ciddi məsələdir və həll olunacaq.

- Vahid müəllim, məlum olduğu kimi, iqtisadi əlaqələrin qurulması, kommunikasiya xətlərinin açılması ilə bağlı üçtərəfli işçi qrupu yaradılır. Bu qrupun fəaliyyətilə bağlı hansı gözləntiləriniz var?

- Sizə deyim ki, iqtisadi əlaqələrlə bağlı hələlik ümumi prinsiplər formalaşdırılır. İşçi qrupunun üzvləri görüşəcək, müəyyən layihələr hazırlanacaq, bunu razılaşdıracaqlar və s. Əslində, bunlar vaxt tələb edən məsələlərdir. Bunun üçün altı ay, bəlkə də bir il vaxt lazımdır. Burada əsas məsələ nədən ibarətdir?

Birincisi, əgər Ermənistan dövləti istəyirsə ki, Azərbaycanla əlaqələri yüksək səviyyədə olsun, bunun üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Şərt budur ki, Qarabağ ərazisi daxil olmaqla Azərbaycan dövlətinin ərazi bütövlüyünü Ermənistan dövləti tanıyır və xahiş edir ki, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına başlanılsın.

İkincisi, Ermənistan birdəfəlik Dağlıq Qarabağın status məsələsini kənara qoymalı, bu məsələni gündəmə gətirməməlidir. Azərbaycanın dövlət başçısı bununla bağlı mövqeyini bəyan edib, Azərbaycan əhalisi bu mövqeni qəbul edib və dəstəkləyib. Heç bir statusdan söhbət gedə bilməz. Əgər sabah bu məsələyə dair problem yaradılsa belə, Azərbaycan buna getməyəcək.

Ermənistan bu iki məsələni qəbul etməlidir. Yalnız bundan sonra Ermənistanla iqtisadi əlaqələrə baxıla və bir sıra məsələlər öz həllini tapa bilər.

- Sizcə, niyə Moskva görüşündə 10 noyabr sazişinin yalnız 9-cu maddəsi müzakirə edildi, kommunikasiyaların açılması qərarlaşdırıldı, lakin sazişin digər 8 maddəsi ətrafında müzakirələr və razılaşmalar ortaya çıxmadı?

- Cənab prezident Moskvada Rusiya Prezidenti Vladimir Putinlə iki saatlıq görüş keçirdi. Bu görüş barədə bizdə ətraflı məlumat yoxdur. Mənim ehtimalıma görə, həmin görüşdə bir çox məsələlər müzakirə olunub. Sadəcə, elə məsələlər var ki, mətbuat üçün açıqlanmır. Bizi narahat edən məqamlar, sülhməramlıların fəaliyyəti, Laçın dəhlizi və digər məsələlər əslində orada müzakirə mövzusu olub. Yəni ki, dövlət başçımız bu məsələləri Putinlə müzakirə edib. Amma elə məsələlər var ki, hələ onları açıqlamağın vaxtı deyil. Mən hesab edirəm ki, bu məsələlər də tədricən öz həllini tapacaq.

Ümumiyyətlə, dünyanın düzəni dəyişdiyi kimi Qafqazda da dəyişiklik yaşanır. Türkiyə kimi güclü NATO dövləti Qafqazda öz sözünü deyir. Digər tərəfdən, Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşürlər. Bir neçə gün əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdə olub. Yəni bunların hamısı ciddi məsələlərdir və bu istiqamətlərdə işlər aparılır. Ona görə də, elə məsələlər var ki, biz məlumatlı deyilik, amma dövlət başçısı planlı formada bu işləri aparır.

- Yeri gəlmişkən, Türkiyənin adını çəkdiniz. Amma görüntü belədir ki, 10 noyabr sazişində olduğu kimi, 11 yanvar Moskva görüşündə də sanki Türkiyə kənarda qaldı...

- Mən belə hesab etmirəm. Türkiyə hər yerdə var. Bu gün Azərbaycanda da, Rusiya ilə danışıqlarda da var. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mütəmadi olaraq dövlət rəsmiləri ilə görüşür, müzakirələr aparır. Türkiyə ilə hesablaşırlar. Bu proseslərdə Türkiyənin rolu çox böyükdür, o, hər zaman yanımızdadır, bu bölgədə heç bir problem Türkiyəsiz həll olunan deyil.

- Sizcə, bundan sonrakı mərhələdə nələr gözlənilir?

- Bundan sonra xüsusilə Ermənistanda proseslərin necə gedəcəyi əhəmiyyətlidir. Hazırda orada vəziyyət gərgindir, seçkilər gözlənilir. Paşinyan hakimiyyətdə qala biləcəkmi, yoxsa rusiyameylli Sarqsyan-Koçaryan birliyi gələcəkmi? Bunlar aydın olmalıdır. Sözsüz ki, sonuncu qeyd etdiyim cütlük hərbi cinayətkarlardır, Azərbaycan prezidenti də onları cinayətkar adlandırıb. Üstəlik, bizdə onlarla bağlı cinayət işləri də var. Mümkündür ki, hakimiyyətə bir başqası gəlsin. Amma Ermənistan təcavüzkar dövlət olaraq qalmaqda davam edəcək. Onlar hər zaman istəyəcəklər ki, Qarbağla bağlı nəsə etsinlər, Amma mənim fikrimcə, bu, daha mümkün olmayacaq. Diqqət etdinizsə, Moskvadakı görüş zamanı Putin cənab İlham Əliyevi və Nikol Paşinyanı necə qəbul etdi...

İndiki halda hər şey Ermənistanın özünü necə aparmasından asılıdır. Xüsusilə, yuxarıda qeyd etdiyim iki məsələ ilə bağlı. Ermənistan bunları qəbul edərsə, digər məsələlərə də baxıla bilər. Yox, əgər israrla öz bildiklərini buraxmayacaqlarsa, sözsüz ki, Azərbaycan da buna uyğun davranıb, öz sözünü deyəcək.


Oxunub: 371

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər