Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Mehdiyevin akademiklər qarşısında qoyduğu şərt: - Dostum kimdir, düşmənim kim?..

Mehdiyevin akademiklər qarşısında qoyduğu şərt: - Dostum kimdir, düşmənim kim?..
14-01-2021, 12:34 55 dəfə baxılıb

Mehdiyevin akademiklər qarşısında qoyduğu şərt: - Dostum kimdir, düşmənim kim?..











Ötən bir neçə gün ərzində AMEA prezidenti Ramiz Mehdiyev bəzi akademikləri vəzifələrindən kənarlaşdırıb. AMEA-nın yaydığı rəsmi məlumatlarda, eləcə də vəzifələrini itirən akademiklərin mediaya verdiyi açıqlamalarda bu, elm ocağındakı islahatların bir parçası kimi qələmə verilir.

Lakin Yenisabah.az-ın AMEA-dakı etibarlı mənbəsindən aldığı məlumata görə, baş verənlər islahat deyil, akademiklərin məqsədli “soyqırımıdır”. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılaraq AMEA prezidenti təyin edilən Ramiz Mehdiyev üzdə səsini çıxarmasa da “vurulduğu” gündən qisas hissi ilə yaşayıb.

Yəqin xatırlayırsınız ki, AMEA prezidenti əvvəlki vəzifəsindən çıxarılandan bir müddət sonra ayrı-ayrı icra hakimiyyəti orqanları rəhbərlərini rəhbərlik etdiyi quruma toplayaraq iclas keçirir, onlar üzərində hələ də təsirinin qaldığını ictimaiyyətə nümayiş etdirirdi. Bununla paralel olaraq, Ramiz Mehdiyev həmin ərəfədə AMEA-nın Rəyasət Heyətinin də iclasını keçirib. İclasın gündəliyinə isə bir məsələ qoyulub.

Məlumata görə, Ramiz Mehdiyev üzünü akademiklərə tutaraq “yuxarıların”, onun “vurulması” haqda qərarını tənqid edib, akademiklərdən tələb edib ki, bununla bağlı hər kəs mövqeyini bildirsin və onu revanş üçün müdafiə etsinlər. Hətta Ramiz Mehdiyev akademiklərə müraciət edərək, “Mən bilmək istəyirəm ki, dostum kimdir, düşmənim kim. Kimə güvənə bilərəm, kimə yox” deyib.

Beləliklə Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etməsindən, vəzifəsindən sui-istifadə edərək, elm ictimaiyyətinin maraqlarını deyil, şəxsi maraqlarının təmin olunmasını istəyib. Bu hərəkəti ilə o, elm ictimaiyyətini Prezident İlham Əliyevin siyasətinə qarşı çıxmağa səsləyib.

Ancaq AMEA-nın Rəyasət Heyətinin sözügedən toplantısında akademik İsa Həbibbəyli başda olmaqla digər akademiklər də susublar. Heç kim Prezident İlham Əliyevə, onun siyasətinə, qəbul etdiyi qərarlara qarşı çıxmaq istəməyib. Bununla da Ramiz Mehdiyevin arzusu yerinə yetməyib.

Rəhbərlik etdiyi qurumun səlahiyyətli şəxslərindən dəstək ala bilməyən Ramiz Mehdiyev bütün akademikləri özünün “qara siyahısına” salıb. Fürsət düşdükcə hamısını vəzifədən kənarlaşdırmağı qarşısına məqsəd qoyub. Amma pandemiyadan irəli gələn tədbirlər, xüsusən də Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsi, buna görə qanun çərçivəsində özü və ailə üzvlərinin sərt cəzalanması, ardınca Vətən Müharibəsinin başlanması “boz kardinal”ın qisasını bir müddət ertələyib. Nəticə etibarilə Ramiz Mehdiyevi tərifləyib ona qahmar çıxmayan akademiklərin vəzifələrindən kənarlaşdırılması prosesi ləngiyib.

Ancaq indi sakitçilik olduğundan Ramiz Mehdiyev çoxdan reallaşdırmaq istədiyi planın icrasına başlayıb. İslahatlar adı altında əvvəlcə AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində addım atılıb və birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Ramiz Mehdiyevin xeyir-duası ilə akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib, daha aşağı vəzifəyə - AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

Mediada İsa Həbibbəylinin yerdəyişməsi Ramiz Mehdiyevin nəvəsinin toyuna getməməsi ilə əlaqələndirilsə də, AMEA-dakı mənbə bildirib ki, bu “səsvermə” və təyinat cəza tədbiridir. Ramiz Mehdiyev birdən birə akademikləri vurub kənara ata bilmədiyi üçün onları öz ətrafından kənarlaşdırmaqla cəzalandırıb.

Məlumata görə, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini akademik Cavad Abdinov aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilməsi də Ramiz Mehdiyevin qisas əməliyyatının bir parçası və davamıdır. Gözlənilir ki, bu günlərdə AMEA-da bir çoxları da “islahat” adı altında vəzifədən kənarlaşdırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram