Polis əməliyyat keçirib, tutulanlar var

Polis əməliyyat keçirib, tutulanlar var










Bakı və Sumqayıt sakinlərindən odlu silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsulla hazırlanmış tapança, 2 ədəd patron və metamfetamin aşkar edilərək götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri isə Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib. Daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş. Rzayevdən nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Tarix:14-01-2021, 13:02 Baxış Sayı:42 Kateqoriya:gundem / hadise
SON XƏBƏRLƏR
Məğlubedilməz “Ailə Strategiyası”...-Rövşən Novruzoğlunun yeni tədqiqatlarından
Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?
Azərbaycan məhkəmələrində işlərin təxirəsalınma müddəti uzadılıb
Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, - rəqabətli media mühiti yaradılmalıdır
“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... - İLGİNC
"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA
“Az-Granata”da BÖHRANLI GÜNLƏR... - Kütləvi ixtisarlar gözlənilir...
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
Xırdalanda yeni inşa edilən nasos stansiyasına baxış keçirilib
Qarabağda Birgə Monitorinq Mərkəzinin fəaliyyəti NİYƏ yubanır... - İLGİNC
Süni valyuta qıtlığının yaranması nəyə və kimlərə xidmət edir? - GƏLİŞMƏ
MEDİA Azərbaycan mediasına nə verəcək? - Gözlənti
Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ
İslahatlar dalğası mediamıza çatdı: bizi nə gözləyir? - GƏLİŞMƏ
Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə... - əlavə problemlər yarana bilər
Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb - TƏBİB
FHN Akademiyasında fövqəl tender! - dəftər-qələmə 4 milyon manat xərcləyəcək
Eyyub Yaqubova ağır itki
"Tənqid edir, sonra da deyirsiniz, öz işidir"
“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” - İTTİHAM
Çavuşoğlu Qarabağda Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib - MÜHÜM
 “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
Lavrov və Cavad Zərif Dağlıq Qarabağı müzakirə edəcəklər
“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar
Əhməd İsmayılov mediada tətbiq olunacaq yeniliklərdən danışdı - MÜSAHİBƏ
"Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident İlham Əliyev
Deputat və icra başçısı Naftalanda şəhid məzarlarını ziyarət etdi - Fotolar
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
“Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla