Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR

Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR
14-01-2021, 21:14 93 dəfə baxılıb

Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR














Qrabağ uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də 26 yaşlı Elnurdur...

Yenixeber.org: Elnur Şahmurad oğlu Cabbarov kökən, əslən erməni işğalçılarının istila etdiyi Laçın bölgəmizdən idi... 15 sentyabr 1994-cü ildə Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində, Laçın rayonu məcburi köçkünləri üçün salınan yaşayış məntəqəsində anadan olan Elnur Laçın torpaqlarını görməsə də ürəyi bu müqəddəs torpqları görmək arzusu ilə döyünüb...Bu arzu, bu istəklə də Elnur erməni istilaçıları ilə üzbə-üz qalmalı oldu. Oldu,..Qəhrəmancasına, əsl Azərbaycan, əsl türk kişisi kimi. Bir daha bu millətin böyüklüyünü, ərliyini isbatladı...Canı bahasına! Deyirdi ki, Qarabağı işğalçılardan alacağıq, sizi doğma torpaqlara qaytaracağıq...

Elnur Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində təsis edilən məktəbdə təhsil alıb.

Qəhrəmanımız 2012-ci ildə hərbi xidmətə yollanıb. Fiziki baxımdan güclü olduğu üçün FHN-in Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başlayıb.

O, hərbi xidməti başa vurduqdan sonra polisə ictimai nəzarət qrupuna şəxsən keçmiş daxili işlər naziri Ramil Usubov tərəfindən seçilib. Lakin Elnurun vətəninə olan sevgisi, dədə-baba torpaqlarını işğal edən düşmənə qarşı nifrəti onu hərbçi olmağa sövq edib.

Elnur Vətən müharibəsinin başlamasından bir neçə ay öncə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb.

Ailəsinin və dostlarının dediyinə görə, Elnur döyüşlərin ən qızğın olduğu bölgələrdə qəhrəmanlıqla iştirak edib. Xüsusilə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlının, Şuşa yolunun nəzarətə götürülməsində iştirak edib və ön sıralarda döyüşüb.

O, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin üzünü görmədiyi iki aylıq körpəsi yadigar qalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə Şəhid Elnur Şahmurad oğlu Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunasına görə”, “Xocavəndin azad olunmasına görə“ medalı və “Qarabağ” ordeni ilə təltif edilib.

Məkanı cənnət olsun. Amin.
Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR
Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR
Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR
Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR
Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram