Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA

15-01-2021, 11:02 86 dəfə baxılıb

"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA





Xəbər verdiyimiz kimi, KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərli həbs edilib. Qeyd edək ki, illərdir Vüqar Səfərlinin dövlət tərəfindən jurnalistlər üçün tikilən mənzilləri 10 min manat alaraq satdığı iddia edilirdi.Əgər istintaq zamanı bu iddia sübuta yetirilərsə həmin mənzillərin geri alınması gözlənilirmi?

Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən Visiontv.az saytının baş redaktoru, telejurnalist Şöhrət El-Dəniz bildirib ki, KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin həbsinin media mafiyasının bütün üzvlərinin ifşası ilə nəticələnəcəyi ümidindədir:

“İllərdir ciddi gücə çevrilmiş bu mafiya bütün sahələrdə söz sahibi olaraq ictimai-siyasi prosseslərə, maliyyə strukturlarına təsir göstərə bilib. Vüqar Səfərli bu mafiyanın birinci şəxsi olmasa da, kifayət qədər məlumatlı adamdır. Əgər o danışsa, inanıram ki, mətbuatda olan kifayət qədər ciddi adamların başı ağrıyacaq. O ki, qaldı jurnalist adı ilə başqa peşə sahiblərinə Vüqar Səfərli tərəfindən verilən mənzillərin geri qaytarılmasına, bunu istintaq müəyyən etməlidir”.

Şöhrət El-Dəniz bildirib ki, Vüqar Səfərlinin təmsil olunduğu mafiya jurnalistlər üçün tikilən binadan 3 cür adamlara ev verib. Doğrudan jurnalist peşəsi ilə məşğul olanlara, qohum-əqrabaya, yüksək səviyyədə tapşırılanlara, dost-aşnaya və bir də pulla alanlara. Mən inanıram ki, jurnalist binalarında yaşayanların 95 faizi ev alarkən Vüqar Səfərliyə və yaxud adamına şirinlik adı ilə pul verib. O cümlədən kifayət qədər adam ciddi məbləğ ödəyərək ev sahibi olub. Ona görə də, verilən evlərin geri alınması heç də asan olmayacaq. Hətta mümkünsüz olacaq. Bütün bu məsələlər çox güman ki, istintaq müddətində ciddi araşdırılacaq və yeni həbslərin olacağını da istisna etmirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram