Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
15-01-2021, 11:31 134 dəfə baxılıb

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi













DogruXeber.az xəbər verir ki,Abşeron rayonunun Saray qəsəbəsində kanalizasiya xətti çəkilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. RİH başçısına bildirilib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasının kənd və qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi layihələrin davamı olaraq cari ilin yanvar ayında Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində yeni kanalizasiya xəttinin çəkilişlərinə başlayıb. Layihəyə əsasən Yeni Yaşayış massivində müxtəlif diametrli borularla 12,9 km uzunluğunda kanalizasiya xətləri çəkiləcək. Bu xəttin 4,4 km-lik hissəsi 200 mm, 1 km-lik hissəsi 280 mm, 3,5 km-lik hissəsi 300 mm, 1,5 km-lik hissəsi 600 mm-lik, 2,5 km-lik hissəsi isə 800 mm diametrli borularla inşa ediləcək. Layihə çərçivəsində məhsuldarlığı saatda 200 kubmetr olan kanalizasiya nasos stansiyası inşa ediləcək.

Qeyd edilib ki, bu ərazidə formalaşan tullantı suları yeni tikilən kanalizasiya xətti vasitəsi ilə Sumqayıt şəhərindən keçən 1000 mm diametrli kanalizasiya kollektoruna ötürüləcək. Layihə çərçivəsində bu ərazidəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin tullantı suları yeni tikilən xəttə ötürüləcək. Xəttin çəkilişi başa çatdıqdan sonra ev birləşmələri veriləcək. Qeyd edilib ki, layihənin sonunda qazılmış küçələr əvvəlki vəziyyətinə gətirilib sakinlərin istifadəsinə veriləcək. Bu layihə həm də ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda işlər qəsəbənin Dədə Qorqud küçəsi də daxil olmaqla bir neçə ərazidə aparılır.

RİH başçısı həyata keçirilən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində öz tapşırıqlarını verib.
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram