Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın"

18-01-2021, 11:34 109 dəfə baxılıb

"Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın"





Tanınmış aparıcı, aktrisa Könül Yusifqızı pandemiya dövründə dolanışığı ilə bağlı məlumat verib.

Moderator.az-a danışan aktrisa ad çəkməsə də yaxın adamının ona maddi dəstək olduğunu deyib:

“Gəlirim ümumiyyətlə yoxdur, heç yoxdur. Doğma bir insan mümkün qədər mənə kömək olur. Buna da şükür. Pis gün bir gün olar, bir ay olar, üç ay olar, 9-10 aya bir şey qalar?”

Sənətçi “indi deyəcəklər ki, Könül Yusifqızını kimsə "saxlayır"” sualına da cavab verib:

“Mənim fikrim şəhidlərimizə, əsgərlərimizə, qazilərimizə köklənib. Bu ərəfələrdə amalım bir vətəndaş olaraq etdiyim, gördüyüm işlə dövlətimin, dövlətçiliyimin, sevdiyim prezidentimin yanında olmaqdır. Bu mənim vətəndaş mövqeyimdir. Sizin sözünüzə gəldikdə isə "saxlayır" sözünü qəbul etmirəm. Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın. Xanım sevdiyi, seçdiyi, könül verdiyi kişi ilə sevgili ola və ya ailə həyatı qura bilər. Tək deyiləm... Özümdən başqa qızım və pişiyim də var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram