Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır - Partiya sədri

18-01-2021, 13:04

Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır - Partiya sədri





Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı birtərəfli fəaliyyəti Türkiyədə də narahatlığı getdikcə artırır. Türkiyə Xarici işlər naziri Mövlüd Çavuşoğlu mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir. O, Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçən şəxslərin sülhməramlılardan yox, Azərbaycandan icazə almalı olduğunu vurğulayıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində sülhməramlı missiyasına aid olmayan fəaliyyətlə məşğuldur:

“Bunu Prezident ifadə edib. Biz də müşahidə edirik. Həmin qüvvələr faktiki olaraq sülhməramlı yox, erməniməramlıdır. Orada olan həmin qüvvələr ermənilərin bizim ərazilərimizə yerləşdirilməsi ilə məşğuldur. Rusiya hərbi bazasının yaradılması üçün fəaliyyət göstərirlər. İki aydan çox olan müşahidələrimizə əsasən, onların niyyətinin nə olduğunu bilirik”.

Siyasətçinin sözlərinə görə, Rusiya sülhməramlılarının niyyəti ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarına nəzarət etmək imkanına malik olmasın və for-post Ermənistanda olan Rusiya hərbi bazasının funksiyasını Azərbaycan ərazilərində həyata keçirsin:

“Bu yolla həmin sülhməramlılar Azərbaycanın müttəfiqi olan və hərbi-siyasi proseslərdə Azərbaycana dəstək verən Türkiyənin ərazilərini hərbi nöqteyi-nəzərdən nəzarətdə saxlamaq üçün bir for-post əldə etmək istəyiblər. Burada heç bir sülhməramlı missiyadan söhbət gedə bilməz. Rus qoşunları Azərbaycan ərazisində sanki işğal missiyası yerinə yetirirlər. Mən hörmətli Mövlüd Çavuşoğlunun mövqeyini bölüşürəm, haqlı mövqedir. Arzu edirəm ki, Azərbaycan Xarici işlər naziri də Çavuşoğluya baxıb ibrət götürsün və ərazilərimizdə baş verən hadisələrə adekvat cavab versin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram