Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Prezident Qorxmaz Hüseynovla Əhməd Əhmədzadəyə barmaq silkələdi: “Bəzilərinə su çatır, bəzilərinə...”

18-01-2021, 23:57

Prezident Qorxmaz Hüseynovla Əhməd Əhmədzadəyə barmaq silkələdi: “Bəzilərinə su çatır, bəzilərinə...”















Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində ölkənin su təsərrüfatında yaranmış vəziyyəti tənqid edib.

“Yeni Gündəm” xəbər verir ki, prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra dövlət televiziyasına müsahibəsində bəzi sahələrdə xoşagəlməz vəziyyətin yarandığını diqqətə çatdırıb.

Dövlət başçısının tənqid etdiyi sahələrin sırasında ölkənin su təsərrüfatı da yer alıb. Prezident suyun bölgüsü zamanı ədalətsizliyə yol verildiyini bildirib:

“Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür.

O cümlədən, su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik”.

Qeyd edək ki, Azərbaycanın su təsərrüfatına cavabdeh olan Meliorasiya və Su Təsərrüfatı ASC (sədri Əhməd Əhmədzadə) ilə “Azərsu” ASC-nin (sədri Qorxmaz Hüseynov) yarıtmaz fəaliyyəti uzun illərdir, ən kəskin şəkild tənqid olunur.

Buna baxmayaraq, fəaliyyətinə hər il dövlət büdcəsindən hər külli miqdarda vəsait ayrılan Meliorasiya və Su Təsərrüfatı ASC ilə ilə “Azərsu” əhalinin və təsərrüfartların su ilə normal təchizatını təşkil etmək niyyətindən çox uzaqdır.

Digər tərəfdən, istər Əhməd Əhmədzadə, istərsə də Qorxmaz Hüseynovun adlarının ən kofrrupsiyalaşmış məmurlar sırasında “xüsusi” yer tutması onların rəhbərlik etdiyi sahələrdə dönüş yaranacağına dair ümidləri alt-üst edir.

O baxımdan, prezident İlham Əliyevin sözügedən qurumların fəaliyyətini tənqid etməsi Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov üçün “əcəl zəngi” kimi də qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram