Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri

“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri
19-01-2021, 18:13 99 dəfə baxılıb


"Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olacaq”.

Bunu Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin "kimsə özünü toxunulmaz hesab etməsin” fikrinin növbəti kadr islahatlarının anonsu kimi dəyərləndirilməsinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:

"Prezident hələ Şuşaya səfərində milli kadrların hakimiyyətdə təmsil olunacağı mesajını vermişdi. Sumqayıtda olarkən Prezident bu fikrini bir qədər də genişləndirdi. Cəmiyyətimizdə dövlət məmurlarından narazılıq dalğası yaranıb. Xüsusən də şəhid və qazi ailələrinə göstərilən diqqətsizliklə bağlı problemlər var. Bu mənada Prezidentin həmin açıqlaması ilk növbədə icra hakimiyyəti strukturlarında kadr islahatlarının olmasını aktual edir. İnsanlar daha çox məhz bu sahəyə rəhbərlik edən bəzi məmurların haqsızlığı ilə üzləşir. Rayon icra hakimiyyəti başçılarının əksəriyyətinin dəyişiləcəyi gözlənilir.

Nazirliklər arasında isə yerlərdə əsas narazılıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə və Kənd Təsərrüfatı Nazirliyindəndir. Bu iki nazirlikdə də müəyyən kadr dəyişikliyinin həyata keçiriləcəyi gözləniləndir”.

"Konstitusiya islahatları ola bilər”

Bunu isə açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli söyləyib: "Azərbaycanda 2016-cı ildən bəri istər yerli özünüidarəetmədə, mərkəzi hökumət və ya Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində kifayət qədər ciddi kadr dəyişiklikləri olub. Yəqin ki, bu davam edəcək. Amma daha vacibi yeni idarəetmə modeli və fəlsəfəsinə keçidlə bağlı Prezidentin söylədikləridir.

Bu yerli özünü idarəetmənin gücləndirilməsi, icra hakimiyyəti institutunun ləğv edilib, əvəzində daha effektiv institutların yaradılması, ciddi kadr dəyişikliklərinin olması ola bilər. Bütünlükdə oyun qaydaları və idarəetmə sistemi fəlsəfəsinin dəyişdirilməsi vacibdir. Fikrimcə, artıq Azərbaycan həmin mərhələyə yaxınlaşıb. Qarşıda bizi maraqlı qərarlar gözləyir. Hətta Konstitusiya islahatlarının reallaşması ehtimalı da var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram