Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Atəşgah sığorta” yenə də narazılıq yaradır - "İki aydır maşınımı təmir etməkdən imtina edir"

“Atəşgah sığorta” yenə də narazılıq yaradır -
20-01-2021, 10:14 90 dəfə baxılıb


Vətəndaş Elmir Səmədov iki ay öncə qəzaya düşsə də, sığorta şirkətinin qanunla üzərinə düşün vəzifəni yerinə yetirmədiyini bildirir.

Mubahise.az-a müraciət edən Səmədov Elmir Nürəddin oğlu bildirir ki, 2020-ci il dekabrın 10-da Salyan rayonu ərazisində idarə etdiyi "Mercedes Benz Sprinter” markalı 90 OR 412 nömrəli yük maşını digər avtomobil tərəfindən vurulub.

Həmin avtomobilin icbarı sığortasını həyata keçirən "Atəşgah” sığorta şirkəti qəza nəticəsində dəyən zərərə görə 3350 manat ödəniş təyin edib.

E.Səmədov bildirir ki, avtomobilinə 7590 manat dəyərində zərər dəydiyi üçün ödənişi almaqdan imtina edib və şirkətə bildirib ki, maşını lazımi keyfiyyətdə özləri təmir edib təhvil versinlər.

Lakin iki ay keçsə də, "Atəşgah” sığorta bununla bağlı heç bir addım atmır və bu tələbimdən sonra artıq şirkətin heç bir əməkdaşı zənglərimə cavab vermir.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram