Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild

Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
20-01-2021, 10:18 164 dəfə baxılıb

Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

DogruXeber.az xəbər verir ki,bu gün Abşeron rayonunda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verildi. Günün ikinci yarısından başlayaraq Xırdalan şəhərində, Novxanı, Fatmayı, Qobu və Masazır kəndlərində müraciət edənlərin peyvənd olunması həyata keçirildi. Bizim (jurnalistlərin – red.) olduğumuz Novxanı və Fatmayı həkim məntəqələrində peyvəndin həyata keçirilməsi üçün çox gözəl şəraitin yaradıldığını müşahidə etdik. Öncə qeyd edək ki, tibb məntəqələrinin həyətində avtomobillər üçün geniş parklama meydanı mövcuddur. Məntəqənin kandarından içəri daxil olan kimi tibb müəssisəsinə girdiyimizi hər addımda və təmasda hiss etməyə başladıq. Elə qapıdaca bizi qarşılayan tibb bacısı öncə təmassız termometrlə hərarətimizi yoxladı, daha sonra əllərimizi dezinfeksiyaedici xüsusi məhlullarla dezinfeksiya etdi. Sonra gözləmə otağını göstərdi. Burada yerdə ara məsafəni gözləmənin vacibliyini göstərən nişanlardan bəlli olurdu ki, bizi qayda-qanunların hökm sürdüyü aura gözləyir. Gözləmə zalında oturacaqlar belə, nişanlanaraq ara məsafənin hər addımında gözlənilməsinin vacibliyini xatırladırdı. Zalda oturacaqların qarşısına qoyulmuş masalarda xüsusi qablaşdırılmış sular və hətta peyvənd barəsində kitabçalar mövcud idi. Hər kəs bu kitabçalardan lazimi informasiyanı asanlıqla əldə edə bilər. Çox keçmədən ilk peyvənd olunacaq şəxs - "Abşeron Rayon Mərkəzi xəstəxanası”nın publik hüquqi şəxsin drektor müavini Fuad Məmmədov içəri daxil oldu. Tibb bacısı onun da hərarətini ölçəndən sonra əllərini xüsusi məhlulla dezinfeksiya etdi. Sonra "Qeydiyyat otağı”na aparılan F.Məmmədovun təzyiqi ölçüldü, onunla profilaktik söhbətlər aparıldı. Yalnız bundan sonra müraciət edən şəxs peyvənd otağına aparıldı. Burada onun qolu spirtlə işlənildi və peyvənd vuruldu. Bu zaman diqqətimizi çəkən bir məqamı sizinlə paylaşmaq istəyirik. Belə ki, peyvənd vurulduqdan sonra şpris "təhlükəsiz qutusu”na atıldlı, işlənmiş flakon isə şəffaf tullantı qabına qoyuldu. Və eyni zamanda flakonun seriya nömrəsi də qeydiyyat dəftərində qeyd edildi. Bundan sonra F.Məmmədov "Postvaksinal gözləmə otağı”na yerləşdirildi. Otağa fikir verdikdə gördük ki, təlimatda göstərildiyi kimi, anaflaktik şok əleyhinə dərman pereparatları və ümumilikdə ilkin tibbi yardım göstərilməsi üçün bütün vasitələrlə təchis edilib.

Tibb bacısının daimi nəzarəti altında olan F.Məmmədov 30 dəqiqə gözləmə otağında saxlanıldı. Bundan sonra müraciət edən şəxs özünü yaxşı hiss etdiyi üçün getməsinə icazə verildi.

Məlumat üçün bildirək ki, rayon üzrə ümumilikdə 56 nəfər tibb işçisi həmin günü peyvəndləndi. Peyvənd olunanların yaşına gəldikdə isə qeyd edək ki, onlar 50-65 yaşlı tibb işçiləri idi. Peyvənd olunan insanların heç birində yan təsirlərə rast gəlinmədi.

O da xüsusi olaraq vurğulanmalıdır ki, peyvəndləmə işləri saat 17:00-dan başlanılmasına baxmayaraq biz prosesin saat 20:00-a qədər davam etdiyini izlədik. Ən maraqlısı isə o idi ki, bütün işçilərdə çox yüksək əhval-ruhiyyə müşahidə olunurdu. Sanki onlar bu peyvəndləmə işlərini həyata keçirməyi səbirsizliklə gözləyiblər.

Bütün peyvəndləmə prosesini böyük maraqla izlədik. Təlimata riayət edilib-edilmədiyinə xüsusi diqqət yetirdik. Görünən odur ki, Abşeronda peyvəndləmə prosesi tamamilə təlimata uyğun şəkildə həyata keçirilir.

Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram