Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
20-01-2021, 15:07 61 dəfə baxılıb

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Xaçmaz Kondensator Zavodu" MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.

Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin "Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram