Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Mikayıl Cabbarov təkzib edir - "SOCAR SATILMAYACAQ"

Mikayıl Cabbarov təkzib edir -
20-01-2021, 20:36 107 dəfə baxılıb

Mikayıl Cabbarov təkzib edir
"Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır".

Virtualaz.org bildirir ki, bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg” agentliyinə verdiyi müsahibədə deyib.

Nazir bütün dövlət şirkətlərinin özəlləşdirilməyəcəyini söyləyib. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bu, indiyədək təklif olunmayan yeni aktivləri əhatə edəcək: "Biz müəyyən müddət ərzində "Özəlləşdirmə naminə özəlləşdirmə” aparmağı düzgün hesab etmirik. Ona görə də investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə səhmlərin dəyərini artırmaq və işləmək imkanı verilib".

Nazirin sözlərinə görə, 21 iri dövlət şirkətinin iştirakı ilə yaradılmış yeni holdinqdə səmərəliliyin və korporativ idarəetmənin artırılması, həmçinin onları özəlləşdirməyə hazırlamaq planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram