Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Paşinyan əks-hücuma keçdi: Bizə də bu lazımdır - GƏLİŞMƏ

Paşinyan əks-hücuma keçdi: Bizə də bu lazımdır - GƏLİŞMƏ
21-01-2021, 10:05 104 dəfə baxılıb

Paşinyan əks-hücuma keçdi: Bizə də bu lazımdır
Paşinyan seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib. Müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib. Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətin zəif damarından basır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın ötən gün parlamentdəki çıxışına münasibətində bildirib.

Ekspert qeyd edib ki, Paşinyan Qarabağ mövzusunda Minsk Qrupu çərçivəsində status danışıqlarına başlanılmasının da tərəfdarı olduğunu dedi:

"Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da onun kimi düşündüyünü vurğuladı.

Daha sonra, Paşinyan yenidən əsirlər mövzusunda toxunaraq, bu mövzunun daima gündəmdə olmasının Ermənistanın maraqlarına zidd olduğunu söylədi. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu, alınmır və bu mövzunun daim müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə, Paşinyan ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parçalayır”.

Politoloq Paşinyanın Qarabağda rusiyalı sülhməramlılarının varlığını müsbət qiymətləndirməsinə də diqqət çəkib:

"Beləliklə, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa çalışır. Paşinyan parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərməyə çalışır. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram