Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Təhsil Nazirliyi yekun qərara gəlməlidir... - Belə davam edə bilməz...

Təhsil Nazirliyi yekun qərara gəlməlidir... - Belə davam edə bilməz...
21-01-2021, 10:09 113 dəfə baxılıb

Təhsil Nazirliyi yekun qərara gəlməlidir... - Belə davam edə bilməz...
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Azərbaycanda təhsil prosesinin taleyinə gələn həftə aydınlıq gətiriləcək. Belə ki, növbəti həftə nazir Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək. Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək: "Sual doğuran məsələlərə aydınlıq gətiriləcək”.

Brifinq baş tutana qədər şagird, tələbə və valideynləri düşündürən suallara biz özümüz aydınlıq gətirməyə çalışdıq. Məktəblər nə vaxt açılacaq? Sanitar-epidemioloji durum buna imkan verirmi? Yoxsa, peyvəndləmə prosesinin bitməsini gözləmək lazımdır?

Təhsil üzrə ekspert Elçin Əfəndi "Press Klub”a açıqlamasında qeyd etdi ki, 25 yanvardan etibarən kurs və repetitorların fəaliyyəti başlayacaq:

"Fevral ayının 1-dən etibarən isə ibtidai siniflərin dərslərinin mərhələli şəkildə başlaması nəzərdə tutulur. Mərhələli şəkildə dedikdə, həftənin müəyyən günləri müxtəlif siniflər, müəyyən günləri isə digər siniflərin və yaxud bütün həftə içərisində müəyyən saatlarda, məsələn, saat 9-dan 11-ə qədər, 11-dən 13:00-a qədər bölgü prinsipi əsasında dərslərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, buraxılış imtahanları olacaq 9 və 11-ci siniflərin dərslərinin tədricən başlaması üçün fevral ayının ikinci ongünlüyündən sonra qərar veriləcəyi planlaşdırılır. Fevral ayının 16-dan etibarən isə ola bilsin ki, ali təhsil müəssisələrində dərslər müəyyən ixtisaslar – təcrübə baxımından daha çox təlabat olan ixtisaslar üzrə ənənəvi qaydada başlasın”.

Əfəndinin sözlərinə görə, Nazirlər Kabinetinin və TƏBİB-in müvafiq göstərişlərini nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən sanitar-epidemioloji vəziyyətə riayət olunması ilə bağlı təhsil müəssiələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib:
"Bu tapşırıqlara ara məsafəsinin saxlanılması, izolyasiya qaydalarına əməl olunması, bədən temperaturunun yoxlanılması, tibbi maskalardan istifadə olunması və sairə daxildir”.

Ekspert hesab edir ki, vaksinasiya prosesindən asılı olmayaraq, dərslərin bu şəkildə təşkil olunması məqsədəuyğundur:

"Vaksinasiya prosesindən sonra da 5-ci sinifdən yuxarı siniflər, həmçinin ali və orta ixtisas müəssisələrinin digər ixtisasları üzrə dərslərin başlanması mümkün ola bilər”.

Həkim-farmakoloq Müşviq Hüseynov xatırlatdı ki, məktəblər ötən ilin sentyabr ayında fəaliyyətə başladıqdan heç iki həftə keçmədən yenidən qapanmaya getdilər:

"Çünki müəllimlər müdafiəsiz qalmışdı. Müəllimlər əhalinin aztəminatlı təqəbəsinə aiddir. Bu, heç kimə sirr olmamalıdır. Maaşları da bəllidir. Onların çox hissəsinin şəxsi avtomobili yoxdur, ictimai nəqliyyatdan istifadə edirlər. İctimai nəqliyyatdakı vəziyyət də hamıya məlumdur. Metroların fəaliyyəti dayanıb, insanlar avtobuslarda elə formada gedirlər ki, orada heç bir qorunmadan söhbət gedə bilməz”.

Ekspert bu gün məktəblərin açılmasının yeganə çarəsini müəllimlərin xüsusi risk qrupuna daxil olan vətəndaşlar kimi həkimlərlə eyni vaxtda peyvəndlənməsində görür:

"Bunun başqa yolu yoxdur. Həkimlər xüsusi risk qrupuna aid olduqları üçün ilk növbədə onlar peyvəndlənirlər. Aktiv fəaliyyət göstərən müəllimlərin hamısı peyəndlənsə, dərslərin açılması barədə düşünmək olar. Çünki uşaqların koronavirus baxımından qorxusu yoxdur. Onlar xəstələnsələr də, öhdəsindən gələ bilirlər. Uşaqlarda immunitet güclü olur. Amma müəllimlər xəstələndikdə problemlərin səviyyəsi də başqa olur. Yəni bu gün məktəblərin fəaliyyətə başlaması üçün müəllimlərin peyvəndlənməsi ən vacib şərtdir. Bu, orta məktəblər üçün keçərlidir, ali məktəblər üçünsə yox. Çünki orta məktəblərdən fərqli olaraq, ali məktəblərdə yetkin insanlar təhsil alırlar və onlar öz təhsillərini onlayn şəkildə çox rahat idarə edə bilirlər. Onların elə də problemləri olmur. Kiçik yaş qruplarında isə bu, ciddi bir problemdir. Hələ məktəbi ilk dəfə görən birincilərdən söhbət açdığımız zaman vəziyyət çox acınacaqlıdır”.

M.Hüseynovun fikrincə, mart ayından başlayaraq kiçik yaş qruplarının təhsilini davam etdirmək olar:

"9-11-ci siniflərin dərslərinin davam etdirilməsinin bir önəmini görmürəm, çünki dərs ilinin ən önəmli hissələri bitir. Amma kiçik siniflərdə bunu etmək olar. Əgər bu tədbirlər həyata keçirilməszə, bu ilin iyun ayına kimi təhsil barədə danışmağa dəyməz. Yəni uşaqlar artıq birmənalı şəkildə sentyabrın 15-i növbəti tədris ilinə hazırlaşa bilərlər. Əgər müəllimlər peyvəndlənməsə, təhsilin bərpası yalnız həmin zamana kimi çəkə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram