Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər

Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər
21-01-2021, 10:12 221 dəfə baxılıb

Bu xəstələrə ŞAD XƏBƏR: ölümdən xilas edə bilər"Metformin" qəbul etmək diabet xəstələrində COVID-19 səbəbilə ölüm nisbətini üçqat azaldır.

ABŞ-ın Alabama Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəlinib.

 

Bildirilib ki, 2-ci tip diabetin müalicəsində istifadə edilən "Metformin", sözün əsl mənasında, COVID-19 xəstəliyindən əziyyət çəkən diabet xəstələrinin həyatını xilas edə bilər. Belə ki, koronavirusa yoluxmadan əvvəl mütəmadi olaraq "Metformin" qəbul edən şəkərli diabet xəstələrinin sağ qalma ehtimalı dərmanı qəbul etməyənlərə nisbətən üçqat daha çox olub.

Yeni tədqiqatın müəllifləri koronavirusa yoluxması təsdiqlənmiş 25 min 300-dən çox xəstənin tibbi qeydlərini təhlil edib. Tədqiqatçılar "Metformin" və insulin əlavəsinin xəstələrin ölümü üzərindəki təsirlərini araşdırıb. Məlum olub ki, insulinin (I tip diabetli xəstələr üçün) ölüm riski üzərində heç bir təsiri yoxdur. Bununla birlikdə, infeksiyadan əvvəl "Metformin" qəbul edən şəkərli diabet xəstələrində COVID-19-dan ölmə ehtimalı əhəmiyyətli dərəcədə az olub və diabetik olmayan xəstələr arasında ölüm riski ilə müqayisə edilə bilər.

Böyük Britaniyanın Milli Sağlamlıq Sisteminin məlumatına görə, 1-ci tip şəkərli diabeti olan insanların infeksiyadan ölüm riski diabeti olmayanlara nisbətən 3,5 dəfə çoxdur. 2-ci tipdə isə bu rəqəm 2 dəfə təşkil edir.

Xüsusi qeyd: bu tip araşdırmaların nəticəsi təsdiqlənmiş formada yayılsa da, dərman şirkətləri tərəfindən kommersiya məqsədilə təhrif edilərək tirajlanması ehtimalını istisna etməməkdə fayda var./Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram