Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəfayət İmranovla bağlı ŞOK GƏLİŞMƏ... - Cəzalandırılacağı deyilir...

Şəfayət İmranovla bağlı ŞOK GƏLİŞMƏ... - Cəzalandırılacağı deyilir...
21-01-2021, 11:57 138 dəfə baxılıb

Şəfayət İmranovla bağlı ŞOK GƏLİŞMƏ...
Kamran Əliyevin ölkənin baş prokuroru təyin olunmasından sonra prokurorluq orqanlarının fəaliyyətində ciddi dönüş yaranıb.

Bu strukturda aparılan islahatlar 2021-ci ildə də davam edəcək.

Gununsesi.info–nun xəbərinə görə, Hərbi Prokurorun müavini Şəfayət İmranovun faəliyyəti barədə ciddi qanunsuzluqlar üzə çıxıb.

Müdafiə Nazirinin sabiq birinci müavini Nəciməddin Sadıqovun yaxını kimi tanınan Şəfayət İmranov hakimiyyətin reputasiyası üçün ciddi zərbə sayılacaq "Tərtər İşi”nin müəlliflərindəndir.

İstintaq dövründə işgəncələrdən vəfat edən bir sıra hərbçilərimizin ölümündən sonra bəraət alması Hərbi Prokurorluğun qanunçuluqdan daha çox sifarişlə işlədiyini nümayiş etdirdi.

Məlumata görə, Kamran Əliyevin Baş Prokuror təyinatından sonra bu işlə bağlı şikayətlərə obyektiv baxılmasına başlanılıb.

Proses zamanı isə Şəfayət İmranovun ağlasığmaz qanunsuzluqları üzə çıxıb.

Bundan başqa onunla bağlı araşdırmalarda həm də ölkənin ən varlı adamlarından birinə çevrilməsi də müəyyən edilib.

Göyçayda və Bakıda restoranlar, mağazalar sahibi olan hərbi prokurorun müavini Belarusda da 5 ulduzlu otel və restoranlara sahibdir.

Mənbəmizin məlumatına görə, yaxın zamanlarda Kamran Əliyev Hərbi prokurorun biznesmen müavinini yola salacaq./Gununsesi.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram