Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ƏFV GÖZLƏNİLİR... - Amma nə vaxt?

ƏFV GÖZLƏNİLİR... - Amma nə vaxt?
21-01-2021, 15:29 88 dəfə baxılıb

ƏFV GÖZLƏNİLİR...
Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan Prezidenti yanında komissiyanın iclasının keçirilməsi üçün hazırlıqlar gedir. Parlament üzvü qeyd edib ki, əfvlə bağlı həddən artıq müraciətlər edilib
Z.Oruc Əfv Komissiyasının yeni tərkibinin formalaşdığını da diqqətə çatdırıb:

"Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi, əfv addımlarını əldə rəhbər tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.

Cənab Prezidentin məhbuslarla bağlı humanizminin dəfələrlə şahidi olmuşuq. Məlumdur ki, qarşıdan Novruz bayramı gəlir. Bəs, bayramda əfv ola bilərmi?

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az”a açıqlamasında bu suala aydınlıq gətirib:

"Bəli, əfvin olacağı gözlənilir. Vətən müharibəsinin başlaması normal olaraq əfv və amnistiya məsələsini bir qədər arxa plana keçirdi. Əslində ötən ilin dekabrda əfvin olacağı ehtimalı var idi. Artıq müharibə bitib. Yəqin ki, fevral ayından etibarən əfv prosesi başlanacaq. Əfvlə birlikdə amnistiyanın olacağı da ehtimal edilir. Ümid edirəm ki, fevral ayından etibarən Novruz bayramına qədər, bəlkə də, bir az tez zamanda əfv olsun”.

Hüquq müdafiəçisi bildirib ki, istənilən halda əfv və amnistiya müsbət hadisədir:

"İnsanlar azadlığa buraxılır, ailələri ilə qovuşur. Bu cür humanist addımları hər zaman dəstəkləmişik. Bizim də planımızda var ki, bir araya gələrək bu barədə müzakirə aparaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram