Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ölüm hökmü verilən amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı - FOTOFAKT

Ölüm hökmü verilən amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı - FOTOFAKT
22-01-2021, 18:28 157 dəfə baxılıb

Ölüm hökmü verilən amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı
1993-cü ilin iyul ayından 1994-cü ilin oktyabr ayına kimi Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsində işləmiş Müzamil Abdullayev bundan sonra Rusiyda sahibkar kimi fəaliyyət göstərməyəcək.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı məlumat Rusiyanın vergi orqanının reyesterinə daxil edilib.
Qeyd edək ki, 1941-ci ildə Gəncə şəhərində anadan olan Müzamil İmran oğlu Abdullayev 2006-cı ilin yanvar ayından Rusiyada fərdi sahibkar kimi qeydiyyata alınıb. Rəsmi məlumatlarda sabiq nazirin əsas fəaliyyət istiqaməti kimi qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarətilə məşğul olduğu göstərilir.
Məlumat üçün bildirək ki, Müzamil Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladığı fərmanla tutduğu vəzifədən azad olunub.
1996-ci ildə sabiq nazir "Surət Hüseynov hadisələri”nə təqsirli bilinərək vətənə xəyanət ittihamı ilə həbs olunub və ölüm hökmü kəsilib. Daha sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. 1999-cu ildə Prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.
Onu da bildirək ki, Müzamil Abdullayev təkcə Rusiyada deyil, Azərbaycanda da sahibkarlıq fəaliyyətilə məşğul olur. Sabiq nazir Vergilər Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində fərdi sahibkar kimi (VÖEN 7600687182 ) qeydiyyata alınıb.

Ölüm hökmü verilən amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram