Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" - Müraciət...

23-01-2021, 11:22 103 dəfə baxılıb


Universitetin Hərbi Səfərbərlik Şöbəsinin müdiri Mərziyyə Hüseynova rektor Akif Süleymanovdan Prezidentə şikayət etdi

"Akif Süleymanovun səhhətində ciddi problemlər yaranıb. Hətta ayaq üstə dura bilmir. Bunun üçün də universiteti idarə etmə qabiliyyətinə malik deyil. Bunu şəxsən Sizdən və Təhsil naziri cənab Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…”

Azərbaycan Texnologiya Universitetinin (ATU) Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, bina 3, mənzil 6- da yaşayan Hüseynova Mərziyyə Abbas qızı tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Əminliklə deyə bilərik ki, 44 günlük müharibə ilə son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. Siz təkcə torpaqlarımızı işğaldan azad etmədiniz, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardınız. Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük Sərkərdə olaraq dünya hərb tarixinə yeni səhifə yazdınız.

Hörmətli Prezident!

Mən Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən, 26 mart 1953 cü il təvəllüdlü Hüseynova Mərziyyə Abbas qızı məcburiyyət qarşısında qalıb, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə və Azərbaycan Texnologiya Universitetinin rektoru cənab Akif Süleymanova 11 dekabr 2020-ci il tarixdə yazmış olduğum ərizəmə cavab verilməməsinə (baxılmamasına) görə, şikayət ərizəsi ilə Sizə müraciət edirəm.

Cənab prezident!

Siz dəfələrlə məmurlara özbaşınalıq etməmələri haqda xəbərdarlıq edirsiniz. Buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanov və ətrafında olan məmurların işçilərə qərəzli münasibəti sonsuzdur. Bunu bütün dövlət qurumları və Təhsil Nazirliyi bilir. İndiki rəhbəri Akif Süleymanovun çirkin idarəçiliyi nəticəsində Azərbaycan Texnologiya Universiteti təhsil ocaqları sırasında ən son sıralardadır.

Bildirirəm ki, mən, Hüseynova Mərziyyə Abbas qızı, 1980-ci ildən Azərbaycan Texnologiya Universitetinin Hərbi Şöbəsinə işə qəbul olunmuşam. Ailəli olmuşam. Üç övladım var. Mərhum həyat yoldaşım Hüseynov Musa Əli oğlu adi sürücü olmuş, ürəyindən xroniki işemik xəstəliyinə tutulmuş, şəkərli diabet xəstəliyindən uzun müddət müalicə olunmasına baxmayaraq, 29 oktyabr 2020-ci ildə ürək tutmasından vəfat etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüyəm. Eyni zamanda 20 ildir ki, 39 saylı Kəpəz birinci (Gəncə )seçki dairəsinin 21 saylı məntəqə seçki komissiyasının üzvüyəm.

40 (qırx) ildir ki, bir sahədə işləməklə, əmək stajım vardır. Hazırda Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyirəm. Hərbi Səfərbərlik Şöbəsinin əsas vəzifəsi çağırışçı tələbələrin uçotu, əyani şöbədə təhsil alanların bronlaşdırılması, Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətləri ilə çağırışçılar haqqında müntəzəm yazışmalar, işləyən hərbi mükəlləfiyyətlilər və çağırışçı-tələbələr haqqında müvafiq hesabatların hazırlanması, əyani şöbədə təhsil alan çağırışçı-tələbələr haqqında qeydiyyat üzrə Azərbaycan Respublikasının çağırış üzrə dövlət xidmətlərinə "Forma 10” arayışlarının göndərilməsi, tələbələrə dövlət xidmətinin şəhər-rayon idarə və şöbələrinə, eləcə də digər qurumlara təqdim etmək üçün arayışların verilməsi və hər il çağırış üzrə dövlət xidmətinin şəhər-rayon idarə və şöbələrinə qeydiyyat üzrə tutuşdurmaq üçün hərbi uçot vərəqələrinin göndərilməsi, universitetə işə qəbul olunan vətəndaşların (kişilər) hərbi səfərbərlik şöbəsində qeydiyyat yoxlaması, "T-2” vərəqələrinin doldurulması və yaşayış yeri üzrə hərbi səfərbərlik idarələrinə göndərilməsi və hərbi səfərbərliyə aid digər işlər görülməsidir.

Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərimə, vəzifəmin layiqli icrasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən 13 fevral 2020-ci il tarixdə Fəxri Fərmanla təltif olunmuşam. Universitetin Hərbi Səfərbərlik Şöbəsində işlədiyim müddət ərzində əmək intizamına həmişə ciddi riayət etmişəm və işimlə bağlı nöqsanlarım olmamışdır. Pandemiya başladığı gündən karantin rejiminə keçirildiyindən, digər sahələrdə işlərin müvəqqəti dayandırılmasına baxmayaraq, universitetin Hərbi Səfərbərlik Şöbəsinin əməkdaşları ilə birlikdə fəaliyyətimizi davam etdirmişik. Müharibə dövründə isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu Şöbəsi və digər rayon şöbələri ilə mütəmadi olaraq əlaqə saxlamışam və karantin dövründə ictimai nəqliyyat işləmədiyi vaxtlarda işlə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu Şöbəsi və digər rayon şöbələrinə gedib-gəlmək üçün taksi xidmətlərindən istifadə etmişəm və bu pulu əmək haqqımdan ödəmişəm.

Bundan başqa, universitetin və Gəncə şəhərinin ictimai həyatında fəal iştirak edirəm. Dəfələrlə öz vəzifəmi yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyimə və Universitetin ictimai həyatında fəal iştirak etdiyimə görə fəxri fərmanla və təşəkkürnamə ilə təltif edilmişəm.

Eyni zamanda, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu şöbəsi və digər rayon şöbələri ilə əlaqə yaratmaq üçün, iş yerimdə telefonun kodunu rektor Akif Süleymanovun qərəzli göstərişi ilə bağlandığından, özümə məxsus şəxsi mobil telefonuma kontur yükləyib danışıram. Bu da ki, mənə əlavə xərcdir.

Hörmətli Prezident!

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun 2013-cü il mart ayında rektor təyin olduğu vaxtdan indiyədək ATU-da baş verən qanunsuzluqlar son həddə çatıb(Bu barədə dəfələrlə universitetin professor-müəllim heyəti və digər işçiləri tərəfindən rəsmi orqanlara şikayətlər olmuşdur). 2017-ci ildən başlayaraq universitetdə qərəzli şəkildə mənə qarşı təzyiqlərə başlamışdır.

Belə ki, birinci olaraq 2018-ci ilin fevral ayında universitetin İnsan Kapitalının müdiri Zaur Əliyev məni iş otağına dəvət edərək bildirdi ki, 1-ci və 2-ci şöbələr birləşir, sizi də ora müdir təyin edirik. Bu barədə məndən ərizə aldılar və mənə dedi ki, bir şərtlə ki, mən onlarla müqavilə bağlayım. Universitetin İnsan Kapitalının İdarə Edilməsi Mərkəzinin müdiri Zaur Əliyev məni aldadaraq müqaviləyə imza etdirdi.

2019-cu ilin fevral ayında Zaur Əliyev məni yenidən öz otağına çağırıb dedi ki, siz işdən azadsınız, işləmək istəyirsinizsə əmək müqaviləsinə imza etməlisiniz. Həmin dövrdə mərhum həyat yoldaşım Hüseynov Musa Əli oğlu Bakı şəhərində "Semaşko” xəstəxanasında ağır vəziyyətdə müalicə olunurdu. Zaur Əliyev mənim bu kritik vəziyyətimdən istifadə edib, məni işdən çıxarmaqla hədələyib müqaviləyə imza atmağa məcbur etdi. Mən başa düşdüm ki, onlar mənə qarşı oyun hazırlayıblar. Onlar məni aldadaraq müddətli müqaviləyə imza etdirmişlər. Mən aldadıldığımı başa düşüb, universitetin rektoru Akif Süleymanovun qəbuluna düşmək istədim. Aylarla məni qəbul etmədi.

Mən necə illərin işçisi olmağıma və hazırda Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri işləməyimə baxmayaq, 300 manat əmək haqqı yazırlar və "Kapital Bank”dan isə 260 manat əmək haqqı alıram. Universitetdə maaş bölgüsü qeyri-qanuni və gizlin aparılır. Dəfələrlə Akif Süleymanova əmək haqqımın artırılması ilə bağlı ərizə yazsam da, heç bir nəticəsi olmamışdır. Halbuki, rector öz qohum-əqrabasını işə düzəldib, onlara 1000-1500 (min, min beş yüz) manat əmək haqqı yazdırır.

Hal-hazırda Akif Süleymanovun özünün sağlığında ciddi problemlər yaranıb. Hətta ayaq üstə dura bilmədiyi üçün universiteti idarə etmə qabiliyyətinə malik deyil. Bunu şəxsən Sizdən və Təhsil naziri cənab Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər.

Cənab Prezident!

Haqq-ədaləti bərpa etmək üçün Sizdən kömək istəyirəm. Sizdən xahiş edirəm ki, mənim əmək haqqımın artırılmasını, pandemiya dövründə işləməyimi və həyat yoldaşımın vəfatı ilə əlaqədar əmək haqqımın bir misli miqdarında əlavə pulun verilməsi və məcbur edilərək imzalanmış olduğum müqavilənin ləğv edilərək mənim öz işimdə daimi əmrlə işləməyimə göstəriş verəsiniz.

Texnologiya Universitetində işdən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4 -5 nəfər ailə üzvlərinin olmasını nəzərə alaraq, yüzlərlə insanın maddi durumunun dözülməz hala salınmasının qarşısının alınmasını da Sizdən bir vətəndaş kimi xahiş edirəm.

Allah Sizi qorusun, sevimli Prezidentimiz! Biz Sizinlə fəxr edirik”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //"Hürriyyət” qəzeti//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram