Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Hayk Mamicanyan

“Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Hayk Mamicanyan
23-01-2021, 11:31 101 dəfə baxılıb


Terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası gənclər təşkilatının sədri Hayk Mamicanyan Ermənistan parlamentində müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim "Mənim addımım” blokundan olan deputat Andranik Köçəryanın son müharibə zamanı Xankəndində etdikləri haqda danışıb.

Yenisabah.az xəbər verir ki, H.Mamicanyan bu barədə özünün "Facebook” səhifəsində yazıb.

"Andranik Köçəryanın bu gün parlamentdə bir Alfa (Omega deyil, Alfa) kişisinin görünüşü ilə danışdığını, şəxsən mənim və bizim qurum haqqında danışdığını eşidəndə istər-istəməz müharibə zamanı Stepanakertdə "Armeniya” otelində şahidi olduğum səhnələr gözümün qabağına gəldi. Bu ikiüzlü adam oteldən çıxmaq üzrə idi, amma hava hücumu barədə həyəcan siqnalının səsini eşidəndə dərhal əşyalarını foyenin ortasında qoyub reception - qəbul masasının altında gizlənmək üçün qaçdı”.

Moderator.az xatırladır ki, deputat Andranik Köçəryan bu il yanvarın 15-də Rusiya sülhməramlılarının razılığıyla Azərbaycan dövlət sərhəddini pozaraq Xankəndinə səfər edib və oradakı separatçı-terrorçu xunta rəhbərləri ilə görüşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram