Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
10-02-2021, 00:26 114 dəfə baxılıb

Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə















Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Füzuli Suvarma Sistemləri İdarəsi “Sevinc-96” MMC ilə maliyyə dəyəri 29 milyon 933 min 995.74 AZN olan müqavilə imzalayıb. Reportyor.info dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət “2021-ci il üçün nəzərdə tutulmuş sair torpaq, tikili və avadanlıqların cari təmiri”ni həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxıyevdir.
20 manatlıq şirkətlə 30 milyonluq müqavilə bağlanması şübhələrə səbəb olduğundan internet üzərində “Sevinc-96” MMC ilə bağlı araşdırma apardıq. Bəlli oldu ki, şirkət əsasən suvarma sistemləri idarəsinin tenderlərinin qalibi olur. Eyni zamanda ayrı-ayrı rayonların yerli qurumları da “Sevinc-96”ya tez-tez üz tutur.
Məsələn, ötən il Salyan Rayon İcra Hakimiyyəti sözügedən MMC ilə 1 milyonluq müqavilə imzalayıb. Müqavilədə abadlaşdırma işləri nəzərdə tutulub.
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə







Mətbuatda yayılan məlumatlara görə, “Sevinc 96” MMC əslində iş adamı Qurban Abbasova məxsusdur. İddia edilir ki, “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lər də adıçəkilən iş adamına məxsusdur. Bu şirkətlərin illik dövriyyəsinin 50 milyon manata yaxın olduğu bildirilir. Məlumatlarda həmçinin qeyd edilir ki, bu şirkətlər vergidən yayınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram