Abid Şərifovun nəvəsinə məxsus möhtəşəm oteldən-FOTOLAR
Son günlər sosial mediada yüksək çinli məmurlara və onların yaxınlarına məxsus təmtəraqlı mülklər və bizne sahələri böyük tirajla dərc olununmaqdadır. Bu gün isə sizlərə təqdim edəcəyimiz məlumat,bir zamanlar “qılınc”ının önü,arxası kəsən baş nazirin sabiq müavini Abid Şərifovun 29 yaşlı nəvəsi Nicat Mahmudovun “kiçik” biznesinin görüntüləridir. DogruXeber.az bildirir ki,bu haqda jurnalist Cavanşir Həsənli öz “Facebook” səhifəsində qeyd edib.
“Hələ iki ay əvvəl baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə özünə otel kompleksi tikməsi ilə bağlı məlumat və sənəd yaymışdım. Abid müəllim bu gün həmin faktı doğrulayıb və kompleksin "alabala"ya deyil, nəvəsinə aid olduğunu təsdiq edib. Düzdür ora Abid müəllimin gözündə bir az balaca görünür, üstəlik şəkililər bir az zarafatcıl olurlar, baş nazirin keçmiş müavini saytların birinə deyib ki, rayonun füsunkar yerində, 4 hektar ərazidə kotteclərdən ibarət istirahət kompleksi guya yataqxana imiş: "Ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Bunu böyütmək nəyə lazımdır?" Nicat 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur, 20 yaşından İngiltərə paytaxtında bizneslə məşğul olur."