Qarabağda ermənilərin “çağırış” oyunu: - info-savaş, yoxsa?..







Qarabağ ərazisində olan hərbi və digər silahlı birləşmələrin fəaliyyəti yalnız rəsmi Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli saziş əsasında aparılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

O bildirib ki, Qarabağdakı separatçılar “ordu”larına çağırış həyata keçirirsə, o zaman həmin “ordu”nun statusu və formalaşması qaydası məhz üçtərəfli sazişlə müəyyən edilməlidir:

“Sazişə zidd olan məsələlər tam olaraq qanunsuzdur. Buna görə də əgər “qarabağ ordusu”na çağırış keçirilirsə, rəsmi Bakı razılaşmaların tələblərini, Azərbaycan Respublikasının qanunvericiliyini, suverenliyini və bütövlüyünü pozan faktlar barədə vasitəçi olan rəsmi Moskvaya məlumat verməlidir. Çağırışın səbəblərinə gəlincə, şübhəsiz ki, burada söhbət Qarabağdakı bəzi ərazilərin mümkün qədər uzun müddət ərzində rəsmi İrəvanın nəzarəti altında saxlanılmasından gedir, başqa məqsədləri görmürəm”.

Qeyd edək ki, erməni mediası keçmiş və qondarma “dqr”in “orduya” çağırış elan etdiyi haqda məlumat yayıb. Hazırda Qarabağa qaytarılan ermənilərin sosial-psixoloji durumunu və yaş senzini nəzərə alan ekspertlər isə bu xəbərlərin informasiya manipulyasiyası olduğunu, erməni separatçıların bununla mövcudluqlarını göstərmək və psixoloji travmadan xilas olmaq niyyəti güddüklərini bildiriblər.


Oxunub: 784

Son xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin

Azərbaycan əhalisinin sayı açıqlandı

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi - FƏRMAN

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

60 il öncə Göygöl necə görünürdü? - VİDEO

Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Nazirlik: Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

“Azərişıq” Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Tokayev Ermənistana getdi

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

İranın Haaqadakı səfiri XİN-ə çağırıldı

Bu günə olan valyuta məzənnələri

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər