"Niyə köçmürük? Əlbəttə, Xocalıya da, Xankəndinə də köçəcəyik" - deputat






"Niyə köçmürük? Əlbəttə, Xocalıya da, Xankəndinə də köçəcəyik"
Vətən müharibəsində məğlubiyyəti ən ağır şəkildə dadan ermənilərin taxribat xarakterli addımlarının ardı-arası kəsilmir. Onlar indi də Xocalıda 2 min nəfər üçün “Yeni Daşaltı” adlı kənd salmağa cəhd edirlər. Düşmən bununla paralel olaraq hazırda Azərbaycan Ordusunun nəzarətində olmayan Qarabağın digər bölgələrində də tikinti-inşaat işləri aparır. Ermənilər bununla Xocalıya, Xankəndinə, o cümlədən Qarabağın hazırda ermənilər yaşayan ərazilərinə azərbaycanlılar heç vaxt köçməyəcəyi rəyini yaratmağa çalışır.

Məsələni Yenisabah.az-a şərh edən Milli Məclis deputatı Aqil Abbas bildirib ki, azəraycanlılar öz torpaqlarına qayıdacaq və ermənilər də həmin ərazilərdə yalnız azərbaycan vətəndaşı olaraq yaşayacaq:

“Niyə köçmürük? Əlbəttə, Xocalıya da, Xankəndinə də köçəcəyik. Ermənilər də adam kimi yaşamaq istəsələr, yaşayacaqlar. İstəməsələr, çıxıb Ermənistana gedəcəklər. Onlar sadəcə "fors" edirlər ki, Daşaltı kəndi salırıq. Biz də Xocalını təzədən tikəcəyik. Əgər erməni orada bizim vətəndaş kimi yaşaya bilməsə, rədd olub gedəcəklər. Burada ayrı söhbət ola bilməz. Biz qayıtmalıyıq. Sadəcə zaman lazımdır, yavaş-yavaş hər şey yoluna qoyulur. Yollar çəkilir, xüsusi nümayəndəliklər təyin olunur və s.”.

Millət vəkili Xocalıdakı taxta evlərin işğal dövründə tikildiyini vurğulayıb:

“30 ildi ki, oralarda yaşayırdılar, evləri onda tikiblər. Biz Ağdamda, Füzulidə qəsəbə tikmişik. Onlar da 30 ildə Ermənistandan və digər yerlərdən gətirdikləri ilə özlərinə yaşamaq üçün ev tikiblər. İndi gedən gedəcək, qalan da qalacaq. Biz də gedib torpağımızda öz evimizi tikəcəyik”.


Oxunub: 413

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlandı

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? - TƏFƏRRÜAT

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Cavanşir Məmmədov dünyasını dəyişdi

Sabah 30° isti olacaq

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan nefti bahalaşdı

Xankəndidə silah-sursat aşkarlandı

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Bütün xəbərlər