Məhərrəm Quliyevin Goranboyda yaratdığı milli ayrı-seçkilik kimə lazımdır?


















Bugünlərdə Goranboy RİH əməkdaşlarından biri müəyyən təxribatlara əl atmaqla bərabər, milli ayrı-seçkiliyə, regional qarşıdurmaya və s. zəmin yarada biləcək çağırışlar etdi, hətta o, hazırda mərhum Dədə Şəmşirin adından ​ sui-istifadə etməyə də çalışır. Belə ki, həmin şəxs bu gün ölkəmizdə məmurların özbaşınalıqlarından, korrupsiya əməllərindən yazmağı, sanki öz düşüncəsində Aşıq Şəmşir irsinə "dil uzatmaq" kimi dəyərləndirir. Ehtimal etmək olar ki, RİH rəsmisinin dili “altdan yuxarı” çox uzanır ki, o, hər cür iyrənc, hər cür küçə söyüşü sözlərindən istifadə etməyi özünə rəva bilir. O halda ortaya belə bir sual çıxır ki, görəsən Cavid Qurbanovun korrupsiya​ əməllərindən yazmaq, müəyyən faktları ortaya qoymaq, nə vaxtdan Dədə Şəmşirin irsinə söz atmaq kimi başa düşülür? Bu nə məntiqdir, bu nə əxlaqdır? Belə çıxır ki, hərhansı səhvimə görə tənqid olunaramsa, demək tənqidçilər babalarımın​ irsinə “dil uzatmış” olurlar? Məsələlərə bu cür məntiqsiz, heç bir sübut-fakt olmadan yanaşmaq, vallah ən böyük biabırçılıqdır.
Bu gün belə bir addımları atmaq, əslində icra başçısına yarınmaq, yaltaqlanmaq, “dəridən-qabıqdan” çıxmaq üçün bir bəhanədir. Bəli, Dədə Şəmşirin ruhunu narahat etmək, bütövlükdə kəlbəcərlilərə çağırış etmək və belə bir yolla da​ təxribatlara qol qoymağın özü, birbaşa şərəfsizliyi ortaya qoymaqdan başqa bir şey deyil. Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev tərəfindən belə bir əxlaq normalarına sığmayan hərəkətlərin müşahidə olunmasının özü də, heç cür yolverilməz haldır. RİH Aparatındakı şöbələrdən birinin​ müdir müavini, “dil pəhləvanı” olan həmin şəxs əslən Kəlbəcərdəndir və o, öz rəhbərinin "gözünə girmək" üçün, bu gün Dədə Şəmşir irsinə hörmətsizlik etməklə məşğul olur. Düşünmək olar ki, Dədə Şəmşir irsinə vurğun olanlar yaxın vaxtlarda “ayağa durub”, məhz həmin məxluqa heç də səlahiyyət verilmədiyini lazımi səviyyədə “başa salacaqlar”. İndi sual edirəm ki, görəsən Məhərrəm Quliyevin Goranboyda apardığı "quruculuq-abadlıq" işləri bunlardanmı ibarətdir? Bütün bunlar onu sübut etməyə tam əsas verir ki, cənab Prezidentin bu rayondakı səlahiyyətli nümayəndəsi insanları üz-üzə qoymaqla, vəzifəsindən sui-istifadə etməklə yanaşı, hətta ölkə rəhbərinin həyata keçirdiyi siyasi kursa ciddi xələl gətirməklə də məşğul olur.
Vallah ayıbdır, vallah biabırçılıqdır!

Şirin Cəfəri
"Gündəm Xəbər" qəzeti redaksiyasının təsisçisi və baş redaktoru


Oxunub: 506

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər