Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü

16-02-2021, 16:29

İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü
















Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun duğum günüdür. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri Xırdalan şəhərinmdəki Şəhidlər Abidəsini ziyarət edib. Burada şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb.

Qeyd edilib ki, XTQ kəşfiyyatçısı, kapitan Veysəl Musibov II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərib. Ən ağır döyüş əməliyyatlarında iştirak edən zabitimiz kəşfiyyatçı kimi böyük igidlik, qorxmazlıq nümayiş etdirib. Onun şəxsi bacarığı, mərdliyi və döyüş əzmi nəticəsində bir çox əməliyyatlartda ordumuz böyük uğurlar qazanıb. Düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində böyük şücaət göstərən kapitanımız 07.10.2020-ci il tarixində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Müharibə zamanı göstərdiyi igidliyə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

İcra başçısı şəhidin anası Səməngül Müsibova və həyat yoldaşı Məryam Həsənova ilə görüşərək onların qayğıları, problemləri ilə maraqlanıb.

Şəhid anası dövlət tərəfindən daim diqqət və qayğı gördüyünü, ümumilikdə ölkədə müharibə iştirakçılarının hamısına xüsusi yanaşıldığını vurğulayaraq buna görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib. RİH tərəfindən tez-tez problemləri ilə maraqlanıldığını vurğulayaraq lazimi köməkliklərin göstərildiyini qeyd edib.

Allah şəhidlərimizi rəhmət eləsin.

İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü
İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü
İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü
İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram