Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq

Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq
19-02-2021, 15:30 46 dəfə baxılıb

Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq


















“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan APA-ya verilən məlumata görə, daha bir şəhidin yeni doğulan övladının, şəhidimiz Mahmud Əhmədovun övladı Mələyin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 manatlıq hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq



















Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq





















Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq























Daha bir şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram