Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Qarabağ"ın legionerini Sumqayıtda polis saxladı

22-02-2021, 12:46 37 dəfə baxılıb

 "Qarabağ"ın legionerini Sumqayıtda polis saxladı












"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt"la səfər oyunundan sonra insidentlə üzləşib.

"Report"un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi "Kapital Bank Arena"nın ərazisini tərk edərkən yol hərəkəti qaydalarını pozub.

Nəticədə Yol Patrul Xidmətinin əməkdaşları 30 yaşlı oyunçunun maşınını saxlayıblar. Avtomobildən enən Ozobiç əl işarəsi ilə kürəyini göstərərək, "Qarabağ"ın futbolçusu olduğunu izah etmək istəyib.

Futbolçunun cərimələnib-cərimələnmədiyini öyrənmək mümkün olmayıb. O, "Report"a açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu qolsuz heç-heçə ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram