Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

 Azərbaycanda qızları intihara sövq edən qurum... - ETİRAZ

 Azərbaycanda qızları intihara sövq edən qurum... - ETİRAZ
22-02-2021, 16:01 49 dəfə baxılıb

  Azərbaycanda qızları intihara sövq edən qurum... - ETİRAZ







20 yaşlı Sevilin ölümü intihar deyil, qətldir. Həm də Qərbin məkrli siyasəti ilə təşkilatlanan “feminizim” cərəyanın ideoloji silahından törədilən bir qətldir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən əksər feminist təşkilatlar feminizmin mahiyyətindən uzaq işlər görür, gənc qızların ağlını bulandıraraq sonda onların intihar etməsi üçün başlıca zəmin yaradır:

“Son günlər cəmiyyətimizdə intihar hallarının artması, xüsusilə də 20 yaşlı Sevil Atakişiyevin ölüm faktı bizə bunu göstərdi ki, Azərbaycanda “feminizm” adı ilə fəaliyyət göstərən əksər təşkilatlar övladlarımızı uçuruma aparır.

Dünyada feminizm qadınların azadlıq uğrunda hərəkatın əsasında duran “cinslərin bərabərliyi” nəzəriyyəsi kimi anlaşılır.

Qərbdən fərqli olaraq, Azərbaycanda fəaliyyət göstərən feminist qurumlar qadına saxta azadlıq konsepsiyası (nə istəsən et, kiminlə istəsən yat, ailə dəyəri heçdir və s.) təqdim edərək, onları bu saxta konsepsiyanın köləsinə çevirir. Bunun köləsi olan gənc qızlar isə onlara təqdim edilənlə cəmiyyətimiz arasında kəskin ziddiyyət olduğunu gördükdə intihara üz tuturlar”.

Politoloqun sözlərinə görə, əksər feminist təşkilatlar ölkədə erkən nikah, qızların təhsildən yayınması, qadına qarşı zorakılıq halları ilə mübarizə aparmaqdansa, gənc qızların əxlaq və tərbiyələrini pozmaqla məşğul olur:

“Bu gün cəmiyyətimizdə qızlarla bağlı 3 əsas problem var: qadına şiddət, qızların təhsildən yayınması, erkən nikah. Bu istiqamətdə dövlətimiz də, ziyalı insanlar da mübarizə aparır. Bu 3 problemə qarşı olan feminist təşkilatlara da böyük ehtiyac var.

Gəl, gör ki, özünü “feminist təşkilat” adlandıran bir çox qurum və ya şəxs bu problemləri görməzdən gəlir. İnsanlara bu saxta konsepsiyanın zərərlərini anlatmalı, bunun azadlıq olmadığını, əksinə, məkrli bir siyasətin tərkib hissəsi olduğunu göstərmək lazımdır. Unutmayaq ki, ölkəmizdə qadına verilən qiymət hər zaman yüksək olub. Ötən əsrin əvvəllərindən ölkədə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyov kimi ziyalılar Azərbaycan qızlarının oxuması, savadlanması üçün əllərindən gələni edib. Bunun məntiqi nəticəsi olaraq cəmiyyətimizdə ziyalı, təhsilli qadınlar yetişib. Övladlarımızı, xüsusən də qızlarımızı qorumalı, onları həyata hazırlamalı, Qərbin məkrli siyasətinin bir parçası olan yalançı feministlərdən uzaq tutmalıyıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram