Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın” - Fazil Mustafadan etiraz

“Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın” - Fazil Mustafadan etiraz
23-02-2021, 12:01 42 dəfə baxılıb

 “Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın” - Fazil Mustafadan etiraz








Deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, Azərbaycanda ictimai rəyə əhəmiyyət verilmir. “Deyirik, idman zalları açılsın, kiminsə vecinə deyil. Yaxud toyların keçirilməsi. Bu, insanların problemidir. Heç kimin vecinə deyil ki, bu, əhalidə narazılıq yaradır. Burdan, ali tribunadan deyilir, məsələlər qaldırılır ki, əhali kasıblaşır. Heç olmasa yığışın, deyin ki, istəyirik əhali kasıblasın. Azərbaycanda demoqrafik vəziyyət çox böyük təhlükədədir”.

F.Mustafa ardınca İslam Universitetinin diplomlarının tanınması ilə bağlı problemə də diqqət çəkdi. O bildirdi ki, Qarabağda basdırılan minalar boş şeydir: “Azərbaycan dövlətinin altına basdırılan bir cəhalət minası var. Bu minalar nə vaxtsa partlasa, dəhşətli nəticələri olacaq”.

Sədr Sahibə Qafarova isə F.Mustafanın “heç kəs maraqlanmır” fikri ilə razılaşmayaraq dedi ki, Operativ Qərargah cəmiyyətə operativ şəkildə məlumat verir: “Əsas problem pandemiya ilə bağlıdır”. //Musavat.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram