Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

FHN-nin zabitinə cinayət işi açıldı

FHN-nin zabitinə cinayət işi açıldı
23-02-2021, 13:30 31 dəfə baxılıb

 FHN-nin zabitinə cinayət işi açıldı







Koronavirus infeksiyasına yoluxduğu halda yaşayış yerini tərk etmiş vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Modern.az-ın məlumatına görə, Fövəqladə Hallar Nazirliyinin baş zabiti Rəhimbəyli Rüfət Əli oğlu aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini icazəsiz tərk edib. Hüquq - mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində R. Rəhimbəyli ictimai yerdə aşkar edilərək evinə qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139 - 1. 1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Prosesə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram