Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradılar

Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradılar
23-02-2021, 14:30 36 dəfə baxılıb

 Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradılar

















Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər ülgüclə özlərinə xəsarət yetiriblər.

Məhkəmədən “Report”a bildirilib ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıblar.

Daha sonra hakim zaldan çıxıb və Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. Onlar təqsirləndirilən şəxsləri tibbi hissəyə çatdırıblar.

Bildirilib ki, təqsirləndirilən şəxslərin özünə xəsarət yetirməsi nəticəsində ölüm halı baş verməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 nəfər dəstə üzvləri terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram