Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda nağd pul kütləsi yenidən artır – Hansı riskləri ola bilər?

Azərbaycanda nağd pul kütləsi yenidən artır – Hansı riskləri ola bilər?
23-02-2021, 16:00 67 dəfə baxılıb

Azərbaycanda nağd pul kütləsi yenidən artır – Hansı riskləri ola bilər?







Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq nağd vəsaitlərin həcmi bir qədər də artıb.

Sfera.az rəsmi məlumatlata istinadən bildirir ki, ölkəmizdə nağd pul, yəni M0 aqreqatı 2016-cı ildən davamlı artır. 2015-ci ildə 4,775 milyard manat olan nağd pul kütləsi 2020-ci ildə 10 milyard manat həddini ötüb və ilin sonunda 10,77 milyard manata yüksəlib. Nəticədə, geniş mənada pul kütləsində payı 22,4 faizdən 37 faizə yüksəlib. 2021-ci ilin yanvarında nağd pul kütləsi bir qədər azalsa da onun ümumi pul kütləsində payı azalmayıb.

Devalvasiyaya qədər nağd pul kütləsinin geniş pul kütləsində payı daha yüksək idi. 2013-cü ildə nağd pul kütləsi 10,46 milyard manat olmaqla ümumi pul kütləsinin 54 faizini təşkil edirdi.

Bu gedişlə yenidən nağd pul kütləsinin xüsusi çəkisinin 50 faiz həddinə çatması mümkündür. Çünki 2016-cı ildən bəri hər il nağd pulun payı artır. Bu göstərici 2017-ci ildə 33 faiz, 2018-ci ildə 31,5 faiz, 2019-cu ildə 33 faiz, 2020-ci ildə 37 faiz olub.

Qeyd edək ki, M3 pul aqreqatı nağd pul, tələb olunanadək, müddətli əmanət və depozitlər, manat və SDV-nin cəmini nəzərdə tutur. M0 isə ödəniş vəsaiti kimi istifadə olunan pul kütləsinin ən likvid hissəsidir. Başqa sözlə dövriyyədə olan banknot və sikkələr nəzərdə tutulur.

Nağd pul kütləsinini ümumi pul kütləsində payı 2009-cu ildə 44 faizi qədərində idi və 2013-cü ildə 55 faizlik həddi ötdü. Nağd pulun xüsusi çəkisinin artmasının dollara olan tələbin artmasına da böyük köməyi var. Necə ki, 2014-2015-ci ildə bunun şahidi olduq.

Müqayisə üçün bildirək ki, iqtisadiyyatı oturuşmuş ölkələrdə nağd pulun ümumi pul kütləsinin 5-10%-ni təşkil edir. Pul kütləsinin digər hissəsi nağdsız formada olur. Nağdsiz pul kütləsi çox olanda ümumi iqtisadi proseslərə daha rahat nəzarət etmək mümkündür. O cümlədən, qiymətlərin dinamikasını tənzimləmək asanlaşır, vergidən yayınma halları minimuma enir, korrupsiya elementləri azalır və s. Bu mənada nağd vəsaitlərin həcminin ümumi pul kütləsi ilə müqayisədə daha sürətlə artması təqdir edilə bilməz.

Nağd pulun artmasına əhalinin bank xidmətlərindən istifadəyə dair biliklərinin zəif olması, banklara etibarın aşağı olması və münasib infrastrukturun yoxluğu, topdan və pərakəndə satışın əsasən nəğd pul ilə aparılması, bazar və küçə ticarətinin miqyasının böyüklüyü və s. təsir edir.

Pul kütləsi artdıqda dövlətin əlində bunu tənzimləmək üçün bir çox rıçaqlar olur. Dövlət dövriyyədə olan mal kütləsini artırır, ucuz kreditlər verir, real sektoru artırır və digər tədbirlər görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram