Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Laçın dəhlizində Azərbaycan sərhədçiləri də dayanmaldır” - AKTUAL

“Laçın dəhlizində Azərbaycan sərhədçiləri də dayanmaldır” - AKTUAL
23-02-2021, 17:45 68 dəfə baxılıb

 “Laçın dəhlizində Azərbaycan sərhədçiləri də dayanmaldır” - AKTUAL









Ermənilər iki gün öncə “Dirçəliş günü” adı ilə Xankəndidə kütləvi tədbir keçirib. Tədbirdə sülhməramlılar da onları müşaiyət edib. Separatçıların “lideri”, terrorçu başı beynəlxalq axtarışda olan Araik Harutyunyan bununla bağlı Feysbuk hesabında təbrik videosu yayımlayıb. 2020-ci il noyabrın 10-da rəsmi olaraq qələbəmizi qazansaq da, Qarabağdakı qarışıq durum hökm sürməkdədir. Ermənistan hər zamankı kimi destruktiv siyasətini davam etdirir. Məsələn, Xankəndidə sözügedən tədbir və rus dilini “dövlət dili” elan edilməsi kimi.

Bölgədəki son durumlarla əlaqədar sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovla həmsöhbət olduq.
“Sherg.az” müsahibəni təqdim edir.

-Son günlər Qarabağda baş verən prosesləri necə qiymətləndirirsiniz?

-Xankəndidəki “Dirçəliş günü” yürüşə baxanda gördüm ki, xüsusi hazırlıq gedib. Həm təşkilatçılıq, həm də təqdimat üçün professional çəkilişlər var idi. Lakin hiss olunurdu ki, erməni xalqı hərbi məğlubiyyətdən sonra hələ də iqtisadi və demoqrafik böhran yaşayır. Bunun qarşısını almaq və Azərbaycana müqavimət göstərmək üçün müəyyən cəhdlər göstərirlər. Həmin cəhdlərin göstərənlərdən biri ermənilər, digərləri isə Rusiyanın ermənipərəst dairələridir. Müharibədən sonra erməni əhalisi faktiki olaraq 2 qat azalıb. Ermənistanda Azərbaycana qarşı mübarizə tədbirlərini gücləndirmək üçün süni şəkildə yaradılmış bir mexanizm var. Bu mexanizmlə erməni xalqının diqqətini cəlb etməyə çalışırlar. Ona görə də belə yürüşlər keçirirlər. Perspektivdə belə addımlar yenə atılacaq. Bu baxımdan hazırlıqlı olmalıyıq. Xankəndidəki “Dirçəliş günü” tədbirinin keçirilməsində məqsəd cəmiyyətimizdə yanlış mənzərə yaratmaqdır. Fikrimcə, ölkəmizin müharibədən sonra imkanları daha genişdir. Arqumentlərimiz kifayət qədər çoxdur. Düzdür, bizə qarşı müxtəlif təxribatlar davam edə bilər. Təxribatın əsas ünvanı cəmiyyətimiz, sonra isə beynəlxalq ictimaiyyətdir. Başa düşməliyik ki, yeni şəraitdə ermənilərlə müharibəni siyasi müstəvidə davam etməliyik. Bunun üçün taktika və strategiyamız müəyyənləşməlidir.

-İşğaldan azad edilən ərazilərə qayıdış planı barədə nə düşünürsüz?

-Əldə etdiyimiz əsas üstünlük ərazilərimizin işğaldan azad edilməsidir. Bundan başqa insanların həmin ərazilərə qayıdışının təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Gələcək aylarda bu məsələ daha da aktuallaşacaq. Azad olunmuş ərazilərdə Azərbaycanın əhalisi çoxaldıqca ermənilərin pessimist əhval-ruhiyyəsi daha da güclənəcək.

-Ermənistanın revanş götürməsi, Xankəndidə “ordu” yaratmaq niyyətləri var və bunu zaman-zaman gündəmə gətirirlər...Nəyəsə nail ola bilərlərmi?

-Düşünmürəm ki, onların əlində hansısa real imkanlar var. Ordunu yenidən yığıb hansısa təhlükə yaradacaqlarına inanmıram. Bu, mümkün olan hal deyil. Təbii ki, populist şüarlar səslənəcək. Lakin başa düşməliyik ki, belə şüarların arxasında real imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə öz siyasətini davam etdirir. Ölkəmiz müxtəlif silah növlərini əldə edir, daha çox Türkiyə ilə bu sahədə bir neçə yeni saziş bağlanıb. Bu baxımdan bizim üçün iki istiqamət vacibdir: Birincisi, ordumuzun güclənməsi, ikincisi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının praktiki və yüksək səviyyəyə çatdırılması. Hesab edirəm ki, azad edilən torpaqlarda baş tutacaq tədbirlərdə bu mövzulara aid müzakirələr mütləq olacaq.

-Amma hələ də bəzi ərazilərimizdə erməni terrorçuları var...

-Ermənistan terrorçularının ərazilərimizi tam şəkildə tərk etməsi gündəmdədir. Bunu təmin etmək üçün Laçın dəhlizində yalnız sülhməramlılar yox Azərbaycan sərhədçiləri də nəzarəti həyata keçirməlidir. Beləliklə, qeyri-qanuni yaradılan silahlı dəstələr ərazilərimizdən tərki-silah edilməlidir. Ona görə də Azərbaycan sülhməramlılarla birgə olaraq nəzarəti ələ keçirməlidirlər.

-Qondarma rejim Xankəndidə rus dilini “rəsmi dil” elan etdi. Məqsəd nədir?

-Əsas məqsəd odur ki, ermənilər ruspərəst siyasətlərin büruzə vermək istəyirdilər. Ona görə də belə addım atdılar. Ermənistanın özündə qərbyönümlü şüarlar daha da çoxalacaq. Gələn aylardan Ermənistanın qərbyönümlü siyasətinin həyata keçirilməsində Paşinyanın atdığı addımlar özünü açıq-aydın göstərəcək. Digər tərəfdən Qərb də Ermənistana olan dəstəyini artıracaq. Əlbəttə, ermənilər başa düşürlər ki, Azərbaycan ərazisində yaşayan və müvəqqəti olaraq sülhməramlı himayəsi altında olan əhaliyə hansısa yeni ideologiya lazımdır. Ona görə də ruspərəstlik ideologiyası gündəmə gəldi. Amma hər zamankı kimi bunun nəticələri ermənilərin xeyrinə olmayacaq. Biz qələbə qazanmışıq. Ermənilərin ərazilərimizdə qalma ehtimalı çox azdır. Pandemiya ilə bağlı qadağalar aradan götürüləndən sonra ermənilərin Rusiyaya tərəf axını birmənalı şəkildə güclənəcək. Rusdilli məktəblərin açılması, rus dilinin istifadəsi və Rusiya vətəndaşlığının verilməsi kimi amillər ermənilərə imkan yaradır ki, onlar torpaqları daha effektiv şəkildə tərk etsinlər.

-Azərbaycan tərəfi nə qədər tələb etsə də, ermənilər azad edilən ərazilərdəki minalı sahələrin xəritəsini verməkdən boyun qaçırırlar. Dövlətimiz bununla bağlı hansı işlər görə bilər?

-Minanın təmizlənməsi prosesini aktivləşdirməyimiz gündəmdədir. Fikrimcə, bu mövzuya beynəlxalq yanaşma tətbiq edərək təbliğatı gücləndirməliyik. Təklif edirəm ki, mina təmizləmə prosesində əlimizdə olan erməni hərbi mütəxəssislərini bu prosesə cəlb edək. Onlar bilirlər ki, harada və hansı yerlərdə minalar yerləşdirilib. Bununla bağlı təcrübə də mövcuddur. İkinci Dünya müharibəsindən sonra Danimarka almanları mina təmizləmə prosesinə cəlb edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram