Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO

Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
24-02-2021, 10:34 1 263 dəfə baxılıb

Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
























1997-ci il təvəllüdlü vətən müharibəsi iştirakçısı, leytenant Yusifov Əlinin atası Süləddin Yusifov tərəfindən redaksiyamıza müraciət daxil olmuşdur.
Süləddin Yusifov müraciətində bildirir:
"oğlum Yusifov Əli N saylı hərbi hissədə zabit olaraq qulluq edirdi. 2020-ci ilin ikinci yarısında başlayan Vətən müharibəsində döyüşürdü. Hər dəfə bizimlə telefon əlaqəsi saxlayırdı. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 3-də zəng edib, bizimlə əlaqə saxladı. Ogündən bəri heç bir xəbər yoxdur. Müdafiə Nazirliyindən bizə məlumat gəldi ki, oğlunuz Yusifov Əli oktyabr ayının 30-da Xocavənd uğrunda gedən döyüşlər zamanı itgin düşmüşdür.

Lakin, sonra mən ermənilərin sosial şəbəkələrdə paylaşımlarında gördüm ki, onlar sevinclə oğlumun şəklini paylaşıb, "bizim əlimizdədir, əsir götürmüşük" ifadəsini yazıblar.
Mən DogruXeber.az informasiya portalı vasitəsilə Cənab Ali Baş Komandana və onun xanımı Birinci Vitseprezident Mehriban xanım Əliyevaya müraciət edirəm:
Hörmətli Prezident İlham Əliyev, hörmətli Mehriban xanım. Sizdən artıq dərəcədə xahiş edirəm mənim balamı sağ-salamat evimizə qaytarmağa kömək edəsiniz. Artıq beşinci aydır ki, oğlumuzdan heç bir məlumat ala bilmirik.

Cənab prezident sizdən bir ata kimi xahiş edirəm, bir vətəndaş kimi xahiş edirəm, mənim balamın geri qaytarılması üçün tədbir görəsiniz."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram