Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək"

24-02-2021, 11:00 55 dəfə baxılıb

 "Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək"









Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib. DİA.AZ-ın məlumaına görə, İcra Hakimiyyətindən bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır.

Qeyd olunub ki, Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-ı həcmindədir: “Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdır və bu Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.

Bütün bunlara baxmayaraq şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.

Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir, bu nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır.

 "Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək"












 "Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram