Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sərvət toplamağa başı elə qarışmışdı ki... - İLGİNC SİYAHI

Sərvət toplamağa başı elə qarışmışdı ki... - İLGİNC SİYAHI
24-02-2021, 12:31 55 dəfə baxılıb

 Sərvət toplamağa başı elə qarışmışdı ki... - İLGİNC SİYAHI








Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.
Sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.
Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:
— Sumqayıt şəhərində restoran, kafe və marketləri;
— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;
— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;
— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;
— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır. //demokrat.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram