Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Milli Məclisdən ÇAĞIRIŞ

Milli Məclisdən ÇAĞIRIŞ
24-02-2021, 14:15 60 dəfə baxılıb

 Milli Məclisdən ÇAĞIRIŞ







Milli Məclisin deputatları xarici ölkələrə səfərləri zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində, o cümlədən, pandemiya ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşlərdə iştirak edərkən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Xocalı soyqrımı haqqında faktların geniş yayılması istiqamətində məqsədyönlü iş görürlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunur.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, faciənin 29-cu ildönümü ərəfəsində xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri Xocalı soyqrımı haqqında həmkarlarına geniş məlumat verir, onları bu soyqrıma ədalətli münasibət bildirməyə çağırırlar.

"Son günlərdə bu məqsədlə İordaniya, İsrail, Meksika, Peru, Əfqanıstan, Estoniya, İndoneziya, Bosniya-Hersoqovina və digər ölkələrin parlamentlərarası dostluq qrupları ilə keçirilən onlayn görüşlərdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib. Məqsəd bu soyqırımı haqqında həqiqətlərin daha çox ölkələrin ictimaiyyətinə çatdırılması və milli parlamentlər tərəfindən faciəyə ədalətli hüquqi-siyasi münasibətin bildirilməsidir. İnanırıq ki, faciəni törədən, dinc insanları qətilə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verəcəklər", - parlamentdən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram