Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Xocalıya ədalət” kampaniyası yeni petisiya yayıb

“Xocalıya ədalət” kampaniyası yeni petisiya yayıb
24-02-2021, 17:45 64 dəfə baxılıb

“Xocalıya ədalət” kampaniyası yeni petisiya yayıb





























Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.

Petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin Xarici İşlər Nazirliklərinə ünvanlanıb.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilir, Ermənistan hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi müstəvidə qiymət verilməsi tələb olunur, Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi və faciənin "soyqırım aktı” kimi qiymətləndirilməsinə çağırış edilir.


"Xocalıya ədalət” beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması naminə hər bir kəsi petisyanı imzalamağa çağırır!

Sözügedən petisiyanı imzalamaq üçün link.
My Webpage






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram