Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı

Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı
25-02-2021, 13:00 57 dəfə baxılıb

Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı








Son zamanlar vətəndaşların mağazalarda ən çox qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olaraq, "sistem”də daha yüksək göstərilməsidir.

Xüsusilə iri supermarketlərdə bu cür hallar daha çox müşahidə edilir. Nəzərə alsaq ki, əksər məhsulların qiyməti onsuz da bahalaşıb, marketlərin bu addımı çoxluğun şikayətinə səbəb olur.

Problemlər bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sfera.az-a bildirib ki, qeyd olunan faktlar süni qiymət artımının nümunəsidir:

"Piştaxtalarda qiymət aşağı göstərilsə də, kassada fərqli olduğunun şahidi oluruq. İllərdir, bununla bağlı bizə də çoxsaylı şikayətlər daxil olur. Marketlər bunu bilərəkdən edir ki, istehlakçılar cəlb olunsun və nəticədə ondan çoxlu pul çxısınlar. İstehlakçıların təxminən 70 faizi verilən çeklərə baxmır, qiymətlərdən xəbərsiz olurlar. Həmçinin marketlərin böyük bir hissəsində malların adı qeyd edilmir. Bu yolla istehlakçıları aldadırlar. Bax, bu faktlar da elə süni qiymət artımıdır”.

Ekspert vurğulayıb ki, hətta şəhərin mərkəzində olan iri supermarketlərdə belə istehlakçılar aldadılır:

"Məsələn, kartla ödəniş zamanı bilərək artıq pul çıxırlar. Ona görə də, tövsiyə edirəm ki, mütləq çekə baxsınlar, o cümlədən kartla ödəniş zamanı telefona gələn sms-ə yerindəcə fikir versinlər. Çünki bu problem hər zaman yaşanır. Belə hallarla qarşılanda 1952 nömrəsi ilə əlaqə yaradıb, İqtisadiyyat nazirliyinə məlumat vermək lazımdır. Istehlakçı piştaxtada gördüyü qiyməti ödəməli və rəhbərlikdən qiymətin dəyişdirilməsini tələb etməlidir. Adətən "qiyməti dəyişdirmək yadımızdan çıxıb” deyirlər. Amma yalandır”.

Müsahibimiz bildirib ki, istehlakçılardan şikayətlər daim artmaqda davam edir: "Heç bir azalma yoxdur. Xüsusilə onlayn ticarətlə bağlı şikayətlər yağış kimi yağır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram